Məhkəmə Bəxtiyar Hacıyev barəsində qərar verdi - YENİLƏNİB

Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb. Xətai rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan edilib.

Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.

***

Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilibki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.

***

İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.

"Report"un xəbərinə görə, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: "Hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır".

Hazırda onun saxlanılmasının səbəbi dəqiqləşdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar