Qarabağdakı erməni separatçıların qalıqları növbəti sərsəm təşəbbüslə çıxış ediblər. Onlar Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentindən öz ailələrini Qarabağa, xidmət etdikləri ərazilərə gətirməyi xahiş ediblər.
Mənbə iddia edir ki, bununla əlaqədar separatçılar Rusiya Federasiyasının yuxarı instansiyalarına müraciət edib və rusiyalı hərbçilərin ailə üzvlərinin Qarabağa yerləşdirilməsinə dair təminat da alıblar.
Separatçılar hesab edirlər ki, 1 500 sülhməramlı ailəsinin Qarabağa yerləşdirilməsi onlara Azərbaycan ərazilərində öz mövcudluqlarını qorumaq üçün hansısa əsas yaradacaq.
Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə ən yüksək rəsmilərinin dilindən bəyan edib ki, Qarabağda hər hansı qanunsuz məskunlaşdırılma, köçürülmə, yerləşdirilmə aparıla bilməz. Orada yaşayan mülki şəxslər Azərbaycan vətəndaşlarıdır və beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycanın bütün digər vətəndaşlarının malik olduqları hüquq və təminatlara malikdirlər. (Mənbə: Hraparak)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Araik Arutyunyanın Rusiya sülhməramlılarının ailələrinin Qarabağa köçürülməsi ilə bağlı açıqlamasını şərh edib.

Onun sölərinə görə, Azərbaycanın dövlət orqanları nümayəndələrinin, jurnalistlərin Ermənistanı Qarabağa birləşdirən yola çıxmaları, suallar vermələri, monitorinq aparmaları erməni separatçılarını ciddi narahat edib.
"İki il ərzində əvvəlcə Laçın dəhlizindən, daha sonra yeni yoldan rahat istifadə edirdilər.Ermənilər anlayıblar ki, rahat həyatın sonu gəlib. Azərbaycan buna seyrçi qalmayacaq. Sərhəddə postlarımız qurula bilər. Bunun qarşısını almaq məqsədilə əvvəlcə azərbaycanlıların buraxılmaması üçün Rusiyaya yalvardılar. Daha sonra Araik Arutyunyan Parisdə belə bir təklif irəli sürdü ki, yol ilə bağlı beynəlxalq nəzarət olsun. İndi də sülhməramlı kontingentin ailələrinin köçürülməsi ilə bağlı təklif verib. 3 ildən sonra sülhməramlı kontingent Azərbaycan ərazisini tərk etməlidir. Arutyunyan bunun qarşısını almağa çalışır, hətta hərbi bazanın yaradılmasını istəyir. Azərbaycan buna yol verə bilməz. 3 ili gözləmədən bu yolda nəzarətimiz güclənməlidir. Prezident İlham Əliyev də aylar öncə demişdi ki, hərbçilərimiz o yola daxil olub istənilən an şübhəli avtomobilləri yoxlaya bilərlər. Gömrük-nəzarət postu mütləq qurulmalıdır. Bu, 9 noyabr bəyanatına zidd deyil”, - politoloq qeyd edib.

Şərhlər
Bir halda ki bizim quru sərhədləri bağlıdır, deməli ermənilər üçün də bağlı olmalıdır!
Bildiyim qədər pandemiyadan sonra qonşu Gürcüstana gediş-gəliş tamamilə bağlanıb. Rusiya və İranla da sərhəd bağlıdır. Rusiyada yaşayan həmvətənlərimiz ailə vəziyyətinə görə Azərbaycanın gömrük sərhədindən Vətənə gələ bilmirlər. Bu barədə YOUTUBE-da kifayət qədər videogörüntülər var. Ermənistan düşmən dövlət olması ilə yanaşı Azərbaycanla sərhəd dövlətdir. Narahatlığa baxmayaraq biz sülhməramlıların xidməti ilə bağlı heç bir şey deyə bilmərik. Sərhəd sərhəddir. Necə olur bizim oğullarımız sərhədi keçib atasını, anasını, qardaş, bacısını ziyarətə gələ bilmir. Erməni küçükləri Ermənistanla Azərbaycan sərhədini həsən soxdu dəyirmanına döndəriblər, hələ başqa tör-töküntüləri demirəm. Rusiyanın nəyindən çəkinirik, onun ərazisində işimiz yoxdur. Biz müstəqil dövlət kimi öz Konstitusion hüquqlarımızı müdafiə etməli, sərhədlərimizin vahidliyini təmin etməliyik, buna bizim hər cəhətdən kifayət qədər gücümüz vardır. Beynəlxalq aləm, lap elə Fransa da olsa belə, buna nə deyə bilər?
Bildiyim qədər pandemiyadan sonra qonşu Gürcüstana gediş-gəliş tamamilə bağlanıb. Rusiya və İranla da sərhəd bağlıdır. Rusiyada yaşayan həmvətənlərimiz ailə vəziyyətinə görə Azərbaycanın gömrük sərhədindən Vətənə gələ bilmirlər. Bu barədə YOUTUBE-da kifayət qədər videogörüntülər var. Ermənistan düşmən dövlət olması ilə yanaşı Azərbaycanla sərhəd dövlətdir. Narahatlığa baxmayaraq biz sülhməramlıların xidməti ilə bağlı heç bir şey deyə bilmərik. Sərhəd sərhəddir. Necə olur bizim oğullarımız sərhədi keçib atasını, anasını, qardaş, bacısını ziyarətə gələ bilmir. Erməni küçükləri Ermənistanla Azərbaycan sərhədini həsən soxdu dəyirmanına döndəriblər, hələ başqa tör-töküntüləri demirəm. Rusiyanın nəyindən çəkinirik, onun ərazisində işimiz yoxdur. Biz müstəqil dövlət kimi öz Konstitusion hüquqlarımızı müdafiə etməli, sərhədlərimizin vahidliyini təmin etməliyik, buna bizim hər cəhətdən kifayət qədər gücümüz vardır. Beynəlxalq aləm buna nə deyə bilər?
Laçın dəhlizində mütləq və mütləq bizim sərhəd-gömrük postumuz olmalııdr.O dəhliz daxilində rus murdarməramlıları qoy öz murdar niyyətlərini davam etdirsinlər daha üç il,görək necə edirlər.Çıx demirik ki.Buyurun qalın daha üç il.Amma yalnız bizim postdan keçənlər üçün dayandığınızı bilin.Bizim postdan kim keçməyibsə,dağlardan-dərələrdən Qarabağa keçəcəksə onlara pasport rejimimiz tətbiq ediləcək.Siz murdarməramlılar isə yalnız və yalnız bizimlə ermənilər arasında anlaşılmazlıq yaranarsa araları sakitləşdimək üçünsünüz.Başqa heç bir niyyətiniz,əməliniz olmalı deyil.Beş ilin tamamında da ya Allah,öz evinizə eşiyinizə.Məsələni belə qoymaq lazımdır.
Bu urod araik adli parazit fransaya nece gedir, bes interpola verilmişdi?yoxsa o da bir ördek idi interpol məsələsi?