Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynaya qarşı müharibədə əlavə səfərbərlikdən söhbət gedə bilməz. “Bundan sonra səfərbər olunmuşlar daxilində rotasiya mümkündür, onların yarısı artıq poliqonlardadır”, - o əlavə edib.
“Bu gün belə zərurət yoxdur. 300 min nəfər səfərbərlik çərçivəsində orduya çağırıldı ... Onların150 mini poliqonlardadır, ən yaxşı halda 77 mindən bir az çoxu döyüş hissələrinə göndərilib”,- Putin qeyd edib.
Prezidentin sözlərinə görə, döyüşməyən çağırışçılar ərazi qoşunlarına, yaxud təlimlərə cəlb olunublar: Qalan 150 min nəfər isə ümumiyyətlə döyüşlərdə deyil, bu uşaqlar məşq meydançalarında və təlim mərkəzlərindədir. Onlar döyüşən ordu üçün ehtiyyat qüvvələr hesab olunur. Ona görə də yeni səfərbərlikdən söhbət gedə bilməz”.
Səfərbərlik çərçivəsində mümkün rotasiyadan danışan prezident qeyd edib ki, bu məsələ rəhbərlikdə həqiqətən də müzakirə olunub: “Hadisələrin inkişafına baxmaq lazım gələcək, ola bilsin ki, bəzi birləşmələr döyüşən qruplarla əvəzlənəcək. Bundan sonra onlar hərbi əməliyyatların iştirakçısı statusuna malik olacaqlar. Hazırda Uzaq Şərqdə və ya Sibirdəkı qüvvələrlə döyüş bölgəsində olanlar fərqli anlayışlardır. Müdafiə Nazirliyi rotasiya haqqında düşünür, yəqin bir qrar verəcəklər”.
“AzPolitika.info”


Şərhlər