Menu

DÇ-2022-də NÖVBƏTİ SENSASİYA: Xorvatiya Braziliyanı evə yolladı

09.12.2022, 21:52
DÇ-2022-də NÖVBƏTİ SENSASİYA: Xorvatiya Braziliyanı evə yolladı

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb. Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

Şərhlər

dadaşyev 2022-12-09 22:22:28

Xorvatiya dünya çempionu olacaq deyəsən.Varlığı ilə yoxluğu yüz ildir bəlli olmayan bizim millimiz haralardadı bəs?Heç gözümüzə görünmür həmişəki kimi.Xorvatlara baxıb gözlərinə su verirlərmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol