Menu

“Çətin ki, Putin güzəştə getsin” - Şolts

11.12.2022, 11:48
“Çətin ki, Putin güzəştə getsin” - Şolts

Almaniya Kansleri Olaf Şolts bundan sonra da Rusiya lideri Vladimir Putinlə dialoqu davam etdirməyi planlaşdırır.

Onun sözlərinə görə, Putin Ukraynaya qarşı müharibədə çətin ki, güzəştlərə getsin: “O, hərbi əməliyyatları davam etdirmək niyyətindədir”.

“Hər dəfə Putinlə danışanda o, aydın şəkildə ehyam vurur ki, söhbət istilalardan gedir... O, Ukrayna ərazisinin bir hissəsini güc yolu ilə geri almaq istəyir” , - deyə Şolts vurğulayıb.

Kansler əlavə edib ki, Rusiya ordusunun sıralarındakı itkilər fonunda RF Prezidentinin bu mövqeyi qəribə görünür: “Biz dəqiq nə qədər rusiyalı hərbi qulluqçunun həlak olduğunu bilmirik. Ola bilsin 100 min”. (Mənbə: “RBK-Ukraina”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol