Haqq-Ədalət Partiyasının (HƏP) sədri, keçmiş səhiyyə naziri Əli İnsanov Fəxri Xiyabanda mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ə.İnsanov “Feysbuk” səhifəsində məlumat paylaşıb.
“Azərbaycan xalqının lideri Heydər Əliyevin 12 dekabr Anım Günü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət etdim, ruhuna dualar oxudum. Sonra unudulmaz xeyirxahımız, Akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi, fəxrimiz Əziz Əliyevin, əziz müəllimim, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin, vəfalı dostum, Akademik Cəlal Əliyevin və əziz müəllimim, Milli Elmlər Akademiyasının müxbir üzvü Aqil Əliyevin məzarlarını da ziyarət etdim. Ruhları şad, məkanları cənnət olsun. Amin!”,- keçmiş nazir yazıb.
“AzPolitika.info”


Şərhlər
Vəfa borcu deyilən şey könül rahatlığı üçündür,vəfa borcu ödənmədikdə könülə yük olur o borc.Yəni insanın sırf mənəvi aləminə,iç dünyasına aid olan bir şeydir.Amma bunu Facebook-da aləmə bəlli etmək artıq görüntü naminə edilmiş olduğu şübhəsinə yol açır.Yəni mesaj ötürüldü ki "getdim haa".Allah Qurani-Kərimdə deyir ki,siz Allaha minnət qoymayın dinə gəldiyiniz üçün,əksinə bəlkə Allah sizlərə minnət qoymalıdır sizlərə bilmədiklərinizi öyrətdiyi üçün.Yani.Getmisən,yaxşı eləmisən,amma getdiyini bildirməklə nə demək istəyirsən?Orden-medal versinlərmi sənə?
hə hə həpći! sağlam ol
Əli İnsanovun Bakı şəhərində çoxlu obyekti var.Bununla o,hakimiyyəti aldadıb əmlaklarını geri qaytarmaq istəyir.
Səhiyyənin bu günə düşməsinin elə ilk günahkarı ƏLİ İnsanovdur.
15 il türmə həyatındandan sonra hər kişinini işi deyil vəfa borcu verə.