Menu

Bu il iş başında həlak olan jurnalistlərin sayı artıb

11.12.2022, 15:21
Bu il iş başında həlak olan jurnalistlərin sayı artıb

2022-ci ildə iş başında həlak olan jurnalistlərin sayı artıb.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) illik hesabatında deyilir.

Hesabata görə, buna Ukraynadakı müharibə, Haitidəki xaos və Meksikada cinayətkar dəstələrin zorakılığının artması şərait yaradıb.

Belə ki, ilin əvvəlindən bugünədək dünyada 67 jurnalist və media işçisi dünyasını dəyişib ki, keçən il bu rəqəm 47 olub.

Ölən jurnalistlərin əksəriyyəti - 12 nəfər Ukraynada həlak olub. Hesabatda qeyd olunur ki, media işçilərinin ölümü daha çox Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk dövründə baş verib. Ukraynadakı həlak olanlar arasında amerikalı sənədli film rejissoru Brent Reno da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol