Qeyri-sabit hava şəraitinə baxmayaraq, Şuşa-Xankəndi yolunda etiraz aksiyası gecə saatlarında da davam edir. "Report"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.
Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər.
Bundan başqa, Şuşa-Xankəndi yolunda yeni çadırlar qurulur.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
***
Xankəndi-Şuşa yolunda azərbaycanlı fəallar və QHT nümayəndələrinin keçirdiyi etiraz aksiyası davam edir. Gecə saatları olmasına baxmayaraq nümayəndə heyəti ərazidən uzaqlaşmayıb.
Qeyd edək ki, onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun gəlməsini gözləyirlər.
***
Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların etiraz aksiyası davam edir. Aksiyada 500 nəfərə yaxın azərbaycanlı iştirak edir.
Aksiyaların gecə saatlarında davam edəcəyi gözlənildiyi üçün artıq Azərbaycan tərəfi həmin əraziyə işıq xətti çəkir.
Şuşada yaşayan Azərbaycan vətəndaşları da etiraz aksiyasına qoşulmağa başlayıblar.
Həmçinin Xankəndi yolunun üzərinə Azərbaycan bayraqları asılıb.
***
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası keçirən azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Azərbaycan himnini səsləndiriblər.
Həmin görüntüləri təqdim edirik:
***
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.
Rusiya sülhməramlıları azərbaycanlıların etiraz aksiyası keçirdiyi əraziyə əlavə texnika cəlb ediblər.
Belə ki, bölgəyə kran və bir neçə yük maşını gətirilib. Hələlik, texnikanın hansı məqsədlə gətirildiyi bəlli deyil.
14:20
***
Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların qarşısını kəsən Rusiya sülhməramlılarının iriçaplı silahları yığışdırılıb.
Ekofəalların etirazlarından sonra pulemyotlar sülhməramlı hərbçilərin üzərindən götürülüb.
***
Sülhməramlılar dinc aksiya keçirən azərbaycanlıların etirazlarını yatırtmaq üçün əraziyə əlavə qüvvə cəlb ediblər.
Bundan sonra Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiya keçirdiyi ərazilərə Azərbaycan hərbçiləri gəliblər.
Azərbaycan ordusunun hərbi qulluqçuları əraziyə gələrək azərbaycanlı etirazçıların təhlükəsizliyini qoruyurlar.
Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı fəallar Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət ediblər.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.
Xatırladaq ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Aksiyanın keçirilməsində əsas məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaratmağa nail olmaqdır.
***
12:20
Hadisə yerində “Real” TV-nin əməkdaşı ilə rusiyalı hərbçi arasında gərginlik yaşanıb.
Rusiyalı hərbçi jurnalistin peşə fəaliyyətinə maneə yaratmaq istəyib.
Jurnalist isə ona “bura mənim torpağımdır” deyə cavab verib.
Həmin görüntüləri təqdim edirik:
***
Rusiya sülhməramlıları aksiya keçirilən əraziyə ağır texnika və iriçaplı silahlar gətirməyə davam edir. Rusiyalı hərbçilər əraziyə əlavə canlı qüvvə də cəlb edirlər.
Baku TV-nin avtomobili Rusiya sülhməramlılarına məxsus ağır texnikanın qarşısını kəsib. Hazırda avtomobil ağır texnika ilə Rusiya sülhməramlılarının yaratdığı süni maneə arasında qalıb.
***
Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı fəallar Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət ediblər.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.
Azərbaycanlı ekofəallar ərazidə çadırlar qurublar.
***
Sülhməramlılar dinc aksiya keçirən azərbaycanlıların etirazlarını yatırtmaq üçün əraziyə əlavə qüvvə cəlb ediblər.
Aksiya iştirakçıları sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
***
Bir qrup azərbaycanlı jurnalist və ekologiya üzrə qeyri-hökumət təşkilatlarıının (QHT) nümayəndələri Şuşa-Laçın yolunda, sülhməramlıların post qurduğu yerdə aksiya keçrib. Onlar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.







.








Şərhlər
Bəli bura vətəndir.. Düşməni yeri gələndə bax beləcə, topsuz -tüfəngsiz onun qandığı bu dillə də qandırmaq gərəkdir. Xüsusən də sülhməramlı adı ilə ermənini öz çətiri altına alıb, ərazidə əlli hoqqalardan çıxan havadarına da bu yolla göstərmək lazımdır ki, sanma sənin kimi olduğunu da unutmuşuq. Allah gənclərimizin ruhunu, əzmini bol eyləsin. Unutmasınıar ki, Şəhidlərimizin ruhu da onlarladır. O ki qaldı Azərbaycana, sanıram məhz bununla da Laçın koridoruna nəzarəti ələ alıb, orada artıq öz keçid məntəqəsini qurmalıdır. Bunun üçün isə əsaslar var və bu əsaslar da, o ərazilərə kənar ünsürlərin azad giriş-çıxışı, Azərbaycan sərvətlərinin qanunsuz talanması və ən əsası da Zəngəzur koridoru ilə bağlı ermənilər üzərlərinə götürdükləri öhdəliklərə iki ildən artıqdır bir % belə əməl etməmələri. İnşallah hədəf yaxındır.
Bəli bura vətəndir.. Düşməni yeri gələndə bax beləcə, topsuz -tüfəngsiz onun qandığı bu dillə də qandırmaq gərəkdir. Xüsusən də sülhməramlı adı ilə düşməni öz çətiri altına alıb, ərazidə əlli hoqqalardan çıxan havadarına da bu yolla göstərmək lazımdır ki, sanma sənin kimi olduğunu da unutmuşuq. Allah gənclərimizin ruhunu, əzmini bol eyləsin. Unutmasınıar ki, Şəhidlərimizin ruhu da onlarladır. O ki qaldı Azərbaycana, sanıram məhz bununla da Laçın koridoruna nəzarəti ələ alıb, orada artıq öz keçid məntəqəsini qurmalıdır. Bunun üçün isə əsaslar var və bu əsaslar o ərazilərə kənar ünsürlərin azad giriş-çıxışı, Azərbaycan sərvətlərinin qanunsuz daşınması və ən əsası da Zəngəzur Koridoru ilə bağlı ermənilər üzərlərinə götürdükləri öhdəliklərə iki ildən artıqdır bir % əməl etməmələri. İnşallah hədəf yaxındır.
QHT-lərin bu addımı ölkədə onlara olan münasibəti müsbətə doğru dəyişəcək. Biz tək hərbdə deyil bütün sahələrdə QALİB olmağa layiqik və mütləq olacağıq. Uğurlar olsun!!!!!???