“İstənilən yerdə tikinti işləri üçün icazə sənədi olmalıdır”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, torpaq üzərində hüquqdan layihələndirmə başlamalıdır.
“Komitə bəzən yerli icra hakimiyyəti orqanlarına dəstək üçün qanunsuz tikintilərlə bağlı monitorinqləri onlarla birlikdə aparır. Rayon icra hakimiyyətləri qanunsuz tikintilərin qarşısını almalıdır. Qanunsuz tikinti ilk olaraq dayandırılmalıdır, tikintinin qanuna uyğun tikilməsi mümkün deyilsə, bu sökülməlidir” - Komitə sədri qeyd edib.


Şərhlər
Sovet dönəmində və bir də 90-cı illərin əvvəllərində bəzi vacib binaların layihəsini ümumxalq müzakirəsinə çıxardardılar (hətta Konstitusiyanı da), indi kabinetlərdə layihələri hazırlayırlar, o cümlədən "Baş plan" ı da , ictimaiyyətin isə bundan xəbəri olmur. Axı atalar deyib ki, ""ağıl ağıldan üstün olar"..