“AZƏRBAYCANLA RAZILAŞMA OLUB” – Paşinyanın partiyası Laçın dəhlizindəki aksiyaya münasibət bildirib

Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların keçirdiyi aksiya Ermənistanda böyük əks-səda doğurub. Azərbaycan vətəndaşlarının öz suveren ərazilərimizdə keçirdiyi aksiyanı “təxribat” adlandıran erməni mətbuatı Paşinyan hakimiyyətindən izahat tələb etməyə başlayıb.

“AzPolitika.info” xəbər verir ki, jurnalistlərin suallarına cavab verən Ermənistan parlamentinin Təhlükəsizlik və müdafiə daimi komissiyasının sədri, hakim partiyanın deputatı Andranik Koçaryan Azərbaycan tərəfi ilə Qarabağdakı yataqlara baxışla bağlı öncədən razılaşma olduğunu bildirib. 

Lakin bu razılaşmanın konkret olaraq, kimlər arasında əldə edildiyini deməyib: “Razılaşmanın kimlərin arasında əldə olunduğunu deyə bilmərəm. Ancaq ekoloq adlandırılan şəxslər sadəcə, bayrağı götürüb, Qarabağın hansısa hissəsinə qədər gedə bilməzdilər. Onların orada olması yalnız bir şeyi göstərir – razılaşma olub və bu, əlavə gərginliyin olmaması üçün edilib”.

Ermənistan hakim partiyasının təmsilçisinin dediklərindən belə nəticə çıxır ki, əvvəlcə Azərbaycan dövlət qurumlarının Qarabağdakı məlum yataqlarda monitorinq aparması üçün hansısa qarşılıqlı razılaşma olub. Lakin sonradan rus sülhməramlılar Qarabağdakı separatçı qurum rəhbərliyi ilə birgə təxribata əl ataraq, yerli ermənilərin “etiraz aksiyası”nı təşkil ediblər və bununla da monitorinqlərə imkan verməyiblər.

Lakin əslində, Azərbaycan öz torpaqlarında monitorinq, araşdırma və s. aparmaq üçün heç kimdən icazə, razılıq almalı deyil. Elə bu gün azərbaycanlı fəalların keçirdiyi aksiya da bunun göstəricisidir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar