Menu

VASİF TALIBOV NAXÇIVANDAN BAKIYA UÇUB – MR rəhbərinin yeni qərarlarla bağlı çağırıldığı ehtimal olunur (Yeniləndi)

12.12.2022, 19:49
VASİF TALIBOV NAXÇIVANDAN BAKIYA UÇUB – MR rəhbərinin yeni qərarlarla bağlı çağırıldığı ehtimal olunur (Yeniləndi)

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bir qədər əvvəl Bakıya yola düşüb.

Bu barədə "AzPolitika.info"-ya MR-dəki etibarlı mənbə məlumat verib. 

V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki "fırtına" ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq. 

Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir. 

***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında apardığı anti-korrupsiya əməliyyatlarından sonra MR Ali Məclisinin sədri Vasif Talıbov Bakıya gəlməkdən imtina edir.

Mötəbər mənbələrdən “AzPolitika.info”-ya daxil olan məlumata görə, DTX-nın həbsli əməliyyatlarından sonra Vasif Talıbov yaranmış vəziyyətin müzakirəsi üçün 2 dəfə Bakıya dəvət olunub. Lakin o, gəlməkdən imtina edib. MR rəhbəri yalnız Prezident İlham Əliyev tərəfindən qəbul olunacağı təqdirdə Bakıya gələcəyini bildirib.

V.Talıbov ümummilli lider Heydər Əliyevin anım günündə onun məzarını ziyarət etmək üçün də Bakıya gəlməyib, bu gün Naxçıvandakı büstünü ziyarət etməklə kifayətlənib.

Ehtimal olunur ki, MR rəhbəri həbs olunacağından ehtiyat etdiyi üçün Bakıya gəlməkdən imtina edir. V.Talıbov əmindir ki, istintaqa cəlb olunanlar və artıq həbsə atılanlar öz ifadələrində həqiqəti etiraf ediblər.

Rasim ƏLİYEV

“AzPolitika.info”

Şərhlər

Köhne 2022-12-13 00:29:02

HER ŞEY EVVELKI KIMIDIR.ELE BELEDE QALACAQ.

Adil 2022-12-12 22:03:13

Prezident İlham Əliyevə şərt qoymaq istəyənlərin (hələ qoyanlar demirəm) hansı aqibət qazandığını uşaq da bilir. Bəs bu ayı
necə, bunu bilmirmi?

Adil 2022-12-12 21:57:45

Deyəsən buna çatdı ki, o kimdir və çağırışa düzgün reaksiya verməsə qara torbanı ağ başına keçirib sürüyə-sürüyə aparacaqlar.O zaman işi daha da urusca olacaq... Boyuna qamış ölçüm. Bu indiyədək hələ qana bilməyib ki, kimdir, kimə görə ordaydı, niyə ərkəsöyünlük edə bilirdi? Tutmasalar da sindırdılar, özüdə lap qəşəng sındırdılar.

Mubariz 2022-12-12 21:41:35

Düzü bizim insanları başa düşmək qəlizdir ,biri deyir qorxur ,tutarlar ,biri deyir elə biri də deyir elə belə .Arxayın olun onu heç kim tutmayacaq ,bir az başını sığallayıb göndərəcəklər , heç görmüsüz başı sığallanan məmuru həbs edələr? Baxın keçmiş nazirlərə kef edirlər , Sizlərdə onun tutulmağından danışırsız

Amon 2022-12-12 21:21:43

Bir adam ki zooparka 300 park deyirse demeli bunu kimse basa sala bilmiyecek

Vetendaş 2022-12-12 20:45:34

Bu rusiya 5 ci kalonun dəstəyi ilə İranın 6 cı kalonudu:xd Amerika kalonu, fəto kalonu əbu bəkr kalonu hamsı hökmətdən çıxdı vayh dədəm vayh. )))

Oxucu 2022-12-12 20:42:51

Hamısı bu partiyanın ağsaqqallarıdı, böyüklərə hörmət etməy lazımdı. milli ağsaqqal adı vermək zəruridir. )) nəysə bütün 5 ci kalonlar hakimiyyətdən çıxdı dana)))))

Kasıb 2022-12-12 20:33:20

OYUNDUR. ONA HEŞ NƏ ETMƏYICƏKLƏR. 1-2 KİÇİK MƏMUR HƏBS EDƏCƏKLƏR BUNUNLA DA 100-lərlə MİLYARDLARIMIZIN DALINA KEÇİB İZİNİ İTİRƏCƏKLƏR

Nidalar !!!!!!!! 2022-12-12 19:22:25

Türk deyil axı--çörəyi dizinin üstündədir--illər boyu buna xidmət edilib-şərait yaradılıb--hər şey unudulub--gəlməsə guya nə olacaq ? zatən bütün dünya sənim kim olduğunu gördü-etdikilərinin bədəli hər bir halda ödənəcək

Adil 2022-12-12 18:34:43

Vasif Talıbovun sürütləyərək Bakıya gətirmək DTX üçün problem yox, bir bokal portağal suyu içmək kimi bir şeydir. Vasif indiki vəziyyətdə şərtlə danışırsa deməli söylənənlər kimi zır debildir. Ağıllı ol Vaska, ağıllı ol...

Vaskanin sahibi 2022-12-12 18:28:04

Ey vaska artiq xx esr bitti senin yeni esrde etdjyin zulmlere göre derini soymaq lazim

Türk 2022-12-12 16:43:28

O qədər harınlayıb

Roma 2022-12-12 16:18:40

Əgər düzsənsə, doğrusansa niyə qorxmalısan və şərt qoymalısan???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol