Menu

Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirib

12.12.2022, 15:41
Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirib

Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir.

“Report”un əməkdaşı xəbər verir ki, yataqxanalar “Kamaz” markalı yük maşını ilə əraziyə gətirilib.

Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib

Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər.

Modul tipli yataqxanalar şəxsi heyəti qida və istirahətlə təmin etmək üçündür.

Şərhlər

korrektor 2022-12-12 18:22:22

bununla rus işğalçıları demək istəyirlər ki, nə qədər istəyirsiniz qalın burada xeyri yoxdur! Yəni rus bədməramliları çıxmayacaq dəhlizdən. ey rus elə qaçacaqsınız ki, lap Ukraynadakı kimi inşaallah!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol