Menu

Türkiyə Prezidenti bu gün Türkmənistana səfər edəcək

13.12.2022, 09:42
Türkiyə Prezidenti bu gün Türkmənistana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkmənistana ikigünlük səfərə gedəcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Türkmənbaşıda keçiriləcək görüş çərçivəsində ölkələr arasında xüsusən ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində addımların müzakirəsi planlaşdırılır. Görüşün nəticəsi olaraq bir sıra sazişlərin imzalanacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol