Azərbaycan müdafiə nazirinin müavini vəzifəsinə təyin edilmiş Aqil Qurbanov nazirlikdə Hərbi-texniki təchizat üzrə məsələlərə cavabdeh olacaq.
"Report"un xəbərinə görə, o, müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub
Qeyd edək ki, A.Qurbanov 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb. 2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb. 2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.
Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9.12.2022-ci il tarixli sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub.
Ailəlidir. İki övladı var.
***
Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
"AzPolitika.info"-nun məlumatına görə, Bakı şəhər sakini, 36 yaşlı Aqil Qurbanov əvvəllər “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb.
Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.


Şərhlər
Deməli ,müdafiyə naziri mülkü şəxs təyin ediləcək , qərərgah rəisi isə Əsl General H. Mirzəyev təyin ediləcək ,Türkiyə modeli