Menu

“İmtahanda iştirak edən müəllimlərin 24 %-i minimal bal toplaya bilməyib" - Nazir

15.12.2022, 10:30
“İmtahanda iştirak edən müəllimlərin 24 %-i minimal bal toplaya bilməyib" - Nazir

“Sertifikasiya imtahanında iştirak edən hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. İmtahandan keçən müəllimlərin 49 %-nin əmək haqlarına 10 %, 27 %-i isə 35 % əlavə almağa başlayıb”.

“Report” xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bununla da ibtidai sinif müəllimlərinin əmək haqqları əlavə ilə birlikdə təxminən 1000 manata yaxınlaşmaqdadır: “Bu da xüsusilə Azərbaycan kəndlərində çalışan müəllim üçün əladır. Onu da qeyd edim ki, imtahanda iştirak edən hər 4 müəllimdən biri, yəni 24 %-i minimal balı toplaya bilməyib. Yəni onlar ən sadə suallara belə cavab verə bilməyib”.

Şərhlər

Eli 2022-12-15 11:56:05

Milletin faciesi bax budur- savadı olmatsn müellimler bizşm ve dövletin geleceyi olan övladlarımızı bedbext edşr, kor edirler ve bı proses zencirvari reaksiya şekilinde davam edşr.Bununsa kökü rüşvetle institutlara qebul ,rüşvetle işe qebul ve rüşvetle işe davam ve en müqeddes senet okan “ Müelllm” seneti mehv edilir ve bunu da hamı bilir ve görür.

Roma 2022-12-15 11:46:07

Məncə düzgün uçot aparılsa, nəinki 24%, deyərdim ki, bundan da pis nəticə ortaya çıxar. Bir çox müəllimlərlə az-çox ünsüyyətdə oluram və məni dəhşət bürüyür. deyirəm görəsən bunlar övladlarımıza nə öyrədəcəklər, özləri, yəni 30-40%-i demək olar ki, bir şey qanmırlar, şagirdlərə, tələbələrə nə öyrədəcəklər???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol