Menu

Azərbaycanlı idmançı Almaniyada öldürüldü

15.12.2022, 13:28
Azərbaycanlı idmançı Almaniyada öldürüldü

Almaniyada azərbaycanlı idmançı Vüqar Baxşıyev qətlə yetirilib.

Bu barədə “MMA Azerbaijan” səhifəsi məlumat yayıb.

Bildirilib ki, MMA döyüşçüsü Vüqar Baxşıyev Frankfurtda 40 yaşlı şəxs tərəfindən güllələnərək öldürülüb.

Qeyd edək ki, V.Baxşıyev “İnetgra Figtihing Championship” təşkilatının çempionu olub.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol