“Respublika Baş Prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir. Yalnız cənab Prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək, kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərəçəkən şəxsin işini yenidən icraata qəbul edərək ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər”.
“AzPolitika.info” xəbər verir ki, bunları Milli Məclisin bugünkü iclasında millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.

Millət vəkili daha sonra əlavə edib: “Gəncədə bir həftə əvvəl həbsdən təmiz adını qaytararaq çıxan, işgəncə altında verdiyi etirafların, saxta hökmlərin ləğvini bayram edənləri emosiyasız izləmək mümkün deyildi. Hər birinə qanunsuz olaraq 20 il həbs cəzası verilən, lakin haqsızlığa uğrasa da dövlətə inamını itirməyən o ailələlərin Prezidentə dualarını görəndə insanların nə qədər dəyanətli, mürvətli və səbrli olduqlarını görürsən. Məhkumların hüquqlarını qorumaq üçün aparılan ictimai kampaniyaya rəğmən vətəndaş, ədaləti Prezident İlham Əliyevdən gözləyir”.
Z.Oruc fikrinin davamında hərbi prokuror Xanlar Vəliyev və keçmiş baş prokuror Zakir Qaralovu zərərçəkənlərdən və xalqdan üzr istəməyə çağırıb: “Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər”.
“5 ildən sonra alnı açıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin. Tər-tər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular. Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkliatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları qospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır”, - Z.Oruc bəyan edib.
Millət vəkili bildirib ki, torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir. “Saya diqqət yetirin, “samosudçular” və hərbi prokurorluq bir taboru - xüsusi vurğulayarıq ki, bir taboru ermənilərin şantajına boyun əyməkdə ittiham edib. Belə adamlar nədən gedib Ermənistanda müstəntiqlik etmirlər? Hərbçilərə işgəncə verəndə düşmən sevinirmiş ki, onların gücü çatmadığı işi bunlar görür. Lakin Baş Prokurorluq sübut etdi ki, xəyanət dosyesi saxtadır. Bax, Vətən müharibəsində qələbəmizin sirri bundadır.
2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərənləri cəzalandıranlar, döyüş ruhuna zərbə vuranlar işğalçılarla, 2020-ci ildə dövlətimizi müharibədən çəkindirmək istəyənlərlə eyni cərgərdədilər. Zəfərimizdə müstəsna rolu olan 4 günlük müharibəyə qarşı təxribatın tələsinə düşənlər ordunu düşmənlə sövdələşməkdə suçlamaqla işğala dəstək veriblər. İndi görün, kimdir satqın?
İrəvanda ölkəmizlə məxfi işbirliyi adı ilə məhkəmə qurulub, bizdə isə 11 nəfər həyatını itirsə də əksəriyyəti əzablara dözərək o adı üzərlərinə götürməyiblər. 44 gündə qalib gələn də elə həmin iradə və ruh idi. Haqsız həbsə atılanlar torpaqlarımızı azad edənlərlə bir səngərgədədilər. Heç şübhə yoxdur ki, işgəncə ilə öldürülənlər, azadlıqdan məhrum edilənlər 2020-ci ilin Vətən müharibəsinə qatılsaydılar, yüzlərlə düşməni məhv edərdilər. Görün, indi kimdir xəyənatkar? Bizim ordu qalib ordudur, sizsə mütəşəkkil qanunsuz dəstə...”
Z.Oruc deyib ki, Türkiyədə Ergenekon və Balyoz əməliyyatları ilə şifrələri dəyişib 588 şəxsi həbs edən, dostu düşmən, xaini sadiq göstərən, dövləti daxildən sarsıtmağa və ordu ilə rəhbər arasında nifaq salmağa çalışanlar eyni əməli 2017-ci ildə ölkəmizdə təkrarladılar. “Dəyişdirilmiş parollara görə tələyə düşənlər savadsız və maymaq komandirlər, müstəntiqlər və hərbi prokurorluq idi. Casusluq dosyesindənsə ən çox ziyan çəkən dövlətdir. Lakin İlham Əliyev düşmənlərin planlarına qalib gəldi. İstintaqın əlinin çatmadığı 100-minlərlə döyüşçü ilə yanaşı, azadlıqda olan zərərçəkən şəxslər də ermənilərlə igidliklə vuruşaraq, düşmənə əsir düşmədilər. İstintaqsa onlardan satqın düzəltmək istəyirdi. Prezidentin tapşırığı ilə Baş Prokurorluq elə bir qərar qəbul etdi ki, bir daha hüquq tariximizdə belə ləkəli hadisə təkrarlanmasın. Aprel döyüşlərindən sonra 405 adamı linç etdirən düşmən Qələbəmizdən sonra görün, hansı təxribatları hazırlayır.
O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar? Onlar xalqın etibarını itiriblər. Azad torpaqlara elələri ilə getmək mümkün deyil. Ona görə də Hərbi Prokurorluğu ləğv edib, Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək, MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlatmaqda fayda var.
Zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir. Daha 12 nəfərlə bağlı da obyektiv qərar çıxarılacağına inanırıq. Nə qədər ki, cinayətkarlar azadlıqdadır, onların növbəti saxta casusluq və xəynatə ssenarasi ilə orduya və dövlətə qarşı qəsdlər davam edəcək. Dövlətin gücü Ulu öndərin “qoy ədalət Zəfər çalsın” ideologiyasını əbədi və dönməz etməsidir”.
“AzPolitika.info”

Şərhlər
Bunlarin hamisi qari .....b, qapi baglanandan sonra hay- kuye bashlayirlar,ozude tapshiriqla !
Elə bir qabaqda gedən lərdən ən " ağıllısı " (özünə görə ) Zahiddir.Cinayətkarlara üzr istətməkl nə deməkdir? Ziya,Eldarvə s. və s. kimi? Ölkəni soyub,sonra keyflə gəzirlər. Belə idarəçilikolan ikinci ölkə dünyada varmı ?,
Sizin kimi xəbər saytları vaxtikən deyirdilər ki Tərtər hadisələri yalandır.
İndi nə oldu. Düymə basılan kimi ədalətli gorsənməyə çalışırsınız.
Bununlada ölkədəki mediaya olan etibarı itirirsiniz. Günün birində bəlkə də çox vacib bir həqiqəti xalq çatdırmaq istəyəcəksiniz xalqı inandırma lazım olacaq amma heç kim inanmayacaq.
Mediya Yalançı çobanın gününə düşəcək.
Heç olmasa indi işə ciddi yanaşmaq lazımdır. Yoxsa xalqdan üzr istəmək nədir. Bu biyabırçılıqdir. Cinayət varsa cəzası olmalidir.
Amma onuda bilirəm ki qanun hörümçək torudur güclülər keçir zəiflər orda ilişib qalırlar.
Tərtər məsələsinin əvvəldən ortaya çıxardılması və günahsız insanların qətıi,əzab verilməsi,həbs edilməsi göstərişlərinin ilk mənbəi ortaya çıxarılmalıdır.Nə qədər ki, belə göstərişləri verənlər gizlədiləcək Azərbaycanda əhali normal həyatını yaşaya bilməyəcək.Suyun haradan bulandırıldığı ortaya çıxarılmalıdır.Belə əməlləri törədənlər cəmiyyətdən təcrid olunmalıdırlar.
Bunlar sonradan Azəebaycan dilini öyrənib aramıza soxulan qeyri millət bə qarışıqların nümayəndələridirlər.Ona görə Azərbaycan xalqına ,və Azərbaycanın sərvətlərinə qənim kəsiliblər Bu məsələnin həlli ciddi araşdırma və yadların vəzifələrdən kənarlaşdırılmasını tələb edir.
Bunlar araşdırılmalı,(kimlikləri,milliyyəti, hansı xalqa mənsubluğu və s. ) etdikləri cinayətlərin sübuta ehtiyacı olmadığı və saysız hesabsız cinayət dfaktlarına əsasən mühakimə edilməli və layiqli cəzalarını almalıdırlar.Qənirə xanımın təklifi isə bu ağır cinayətlərin üstünü ört-basdır
mənası daşıyır.Ən xoşagəlməzi isə bu cinayətkarların (prokuror,hakim,müstənrtiqlərin YAP-şı olmalarıdır.
xanlar vəliyev ƏN BÖYÜK VƏTƏN XAİNLƏRİNDƏN BİRİDİR, nəhayət ki onun da üstünə düşməyə başladılar, kölgədə qalan əsas millətə düşmən olan insanlardan biridir, əgər insan deməy mümkünsə
zakir qaralovun, xanlar vəliyevin rəhbərliyi ilə minlərlə hərbiçiyə insanın ağlına gəlməyən işgəncələr verilib 14 hərbiçi işgəncədən dünyasın dəyişib ordumuzun nüfuzdan salınması üçün ictimaiyyətdə fikir formalaşdırıblar deyirsən üzr istəməlidirlər.
MARAGLİDİR BİR BUTULKA SU KOTURƏN ƏGLİ ZƏİFİ ZİNCİRLƏ BAGLAYİB DOYURLƏR BU GƏDƏR İNSANİ GƏTLƏ YETİRƏN ALCAG ŞƏRƏFSİZ GULDURLAR UZR İSTƏSİN GURTARSİN BUNLARİ ASMAG LAZİMDİR BU XANLARİN UMUMİYYƏTLƏ NƏSLİNİ KƏSMƏK LAZİMDİR BU ZTİ GİRİGİN 7 DONƏNİNƏ LƏNƏT
Bunun kimisinii XALQ mühakimə edəcək ....
Stalin dövründə vaxtaşırı olaraq partiya daxilində "çistka" gedirdi.Yəni partiya sıralarının təmizlənməsi.Nadürüstlər,yaramazlar,əclaflar,yetim malı yemək üçün partiya sıralarına qoşulanlar,törədəcəyi cinayətlərə qarşı qoruyucu qalxana sahib olmaq üçün partiyaya soxulanlar partiyadan kənarlaşdırılırdı,barələrində cinayət işi başlanırdı.Ona görə Sovet dövründə partiyaya girmək müşkül bir məsələydi,proses on illərlə çəkə bilərdi bəzən,çünki adamı hərətərfli yoxlayardı bəlli qurumlar özünün xəbəri olmadan,görsünlər işə münasibəti necədir,kimlərlə oturub durur,nələrdən söhbət edir,partiyaya qəbul olmağı istəməkdə səmimidirmi,xaricdə qohumları varmı-filan.Ərizəni yaz səni də qəbul edək,sayımız artsın,deyə qətiyyən bir şey yox idi.İndi isə hamı yağlı quyruq tapmaq üçün,vəzifələrə yeyələnmək üçün partiyanı bir tramplin bilir.Odur ki bizdə də partiyada "çistka" getməlidir mütləq.El malını talayan da vəzifə sahibidir,xalqın günahsız övladlarına polisdə işkəncə verən də vəzifə sahibidir,yetim yesirə göndərilən humanitar yardım TIR-ındakı bir kiloluq makaron-vermişeli mənimsəyən də vəzifə sahibidir,rayonlarda axşamlar küçələrin elektrikini kəsib camaatı işıqsız qoyaraq qənaət elədiyi pulları cibinə tıxışdıran da vəzifə sahibidir,zəngin neft-qaz ölkəsində yaşayış minimumunu 261 manat edənlər də vəzifə sahibləridi,adam kimi maaş-pensiya-uşaq pulu verməkdən danışmaqdansa moped və skuterlərə nömrə qoymağn gərəkliliyindən danışanlar da vəzifə sahibləridi,partiyaçı olmadan isə vəzifə görmək istəyən ya qulağının dibini,ya boynunun ardını görməlidi əvvəlcə,ya da dirsəyini dişləməyi bacarmalıdı.
Xalq Zahid Orucun çıxışını çoxdan gözləyirdi.Doğrudan da Xanlar Vəliyevin həbsi bu gün bütün azərbaycanlıların arzusudur.....
HERSEY YAXSI OLACAQ
Bu işdə günahı olan hamısı cavab verməlidir,daha tək hərbi prokuror yox.
Bəs ləyaqətsiz müstəntiqlər,ləyaqətsiz.məhkəmə hakimləri və belə məhkəmələrdə çıxış edən ləyaqətsiz prokurorlar cəzasızmı qaımalıdır?AXı bu işin davamı olmalıdır.
Necmeddinler,Zakirler,Xanlar Veliyevler ve digerleri hebs edilmelidirler.
Vətən müharibəsindən sonra hərbicilərin maaşı çoxdu deyən sahibə Qafarova deyidimi.Onların maaçı kəsildi.Hələ də əvvəl ki maaşları bərpa olunmayıb
Fikir bildirirsən əgər, onda Heydər Əliyev demişkən, cəsarətin çatsın qeti mövqeyini də qoy ortaya. Yoxsa necə yəni, bu boyda əməllərin qarşılığında keçmiş Baş prokuror Zakir Qaralov və hərbi prokror Xanlar Vəliyev Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər. Üzr nə demək. Onlar bu əməlləri ilə təkcə günahsız insanların nahaqdan cəzalabndırılmasına göz yummayıblar.. Onlar bu əməlləri ilə həm də ordumuzun ləkələləməsinə göz yumub,Dövlətə, Dövllətçiliyə böyük zərbə vurublar. Onlar ölkədə hüququn keşiyində durmalı olan bir ali orqanı, Prokrorluq sistemini çökürdüb, mənasız bir qruma çevriblər. Ondandır ki, ölkədə şahsım da daxil Prokrorluq sisteminə bir faiz inam qalmayıb. Oğlumun öldürüılməsi ilə bağlı Baş Prokrorluq elə bir ittiham aktına imza atıb ki (Baş Prokrorun keçmiş müavini Rüstəm Usubovun imzası ilə) o ittiham aktını qardaş Türküiyədə çırıb çöpə atarlar, onu yaznı da ittiham edərlər. Hansı ki, bu ittiham aktları onlrın dövründə on minlərlədir. Ona görə də bütün bu qanunsuzluqlara göz yuman keçmiş Baş prokror və müavinlərinin haqqında bir an əvvəl hüquqi işləmlər başladılmalı, hamısı kazamata salınmalıdırlar. Bəlkə onda, indiki Baş prokror, rəhbərlik etdiyi qrumun şöhrətini azacıq da olsa bərpa eolunmasınə nail ola. Bu kadar açık və net.
Zakir qaralov tecili hebs edilmelidir, hemchinin bu iwde diger eli olanlar hamisi