Menu

Azərbaycan avtomobil idxalını 18 % azaldıb

16.12.2022, 15:22
Azərbaycan avtomobil idxalını 18 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 932,1 milyon ABŞ dolları dəyərində 66 866 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,2 % çox və 18,2 % azdır.

İlk 11 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 75,6 % dəfə artaraq 374 ədəd (50,8 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 19,3 % azalaraq 61 637 ədəd (743 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 10 483-ü (134,6 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 409-u (12,8 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 8,6 % azalması, ikincinin isə 2,7 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 9,3 % azalaraq 4 556 ədəd (95,5 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,1 dəfə artaraq 299 ədəd (42,7 milyon ABŞ dolları dəyərində) olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol