Menu

“Azərbaycanın məqsədi kiçildilmiş Ermənistan deyil, sıfır Ermənistandır” - Poqosyan

16.12.2022, 16:29
“Azərbaycanın məqsədi kiçildilmiş Ermənistan deyil, sıfır Ermənistandır” - Poqosyan

“Azərbaycan Xankəndinə qaz nəqlini bizə görə deyil, öz maraqlarına görə bərpa etdi. Biz düşünmürük ki, Azərbaycan birdən-birə fikrini dəyişib, bizə qarşı humanistləşib”.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bunu növbəti cəfəng iddialarla çıxış edən və ermənilərin əsl sifətini ortaya qoyan politoloq Tevan Poqosyan deyib. 

“Bu qərarın səbəbi nə idi? Beynəlxalq təzyiq, yoxsa müqavimətimizi qırmaq cəhdi? Qaz nəqlinin bərpasına sevinmək lazım deyil. Nə qədər ki, nəzarət əlimizdə deyil, özümüzü təhlükəsiz hiss etməyəcəyik. Nə etmək lazımdır? Lazımi ehtiyatları necə toplamaq lazımdır ki, belə bir vəziyyət təkrarlanarsa, hazır olaq?”, - o vurğulayıb.

Poqosyan xatırladır ki, Ruben Vardanyan Azərbaycan rəhbərliyinə güzəştə getmədiklərini deyib: “Amma Bakının başqa hesablamaları var və onları nəzərə alıb qazın verilməsini bərpa etmək qərarına gəlib. Eyni şey yola da aiddir. İndiki kimi açılıb yenidən bağlana bilər..." - o qeyd edib.

Poqosyan xatırladıb ki, ermənilər hər gün müharibə vəziyyətindədir, Azərbaycan isə dəyişməyib və yalnız güc faktoruna arxalanır: “OnlarIın məqsədi kiçildilmiş Ermənistan deyil, sıfır Ermənistandır... ”

“AzPolitika.info”

Şərhlər

Senan 2022-12-17 08:21:04

molodes sobaka u tebya xoroşiy sobaçiy razum...

Eli 2022-12-16 16:53:32

Nece de “ağıllı” ermenidir ki deyir:Azerbaycanın meqsedi sıfır Ermenistan yaratmaqdır,yeni sıfır-“0” neyin simvoludur tebii ki,” qoluboylupun” .Nece de deqiq “ proqnoz” verir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol