Menu

Aİ rusiyalı qida istehsalçılarına qarşı sanksiyaları yumşaldıb

16.12.2022, 17:33
Aİ rusiyalı qida istehsalçılarına qarşı sanksiyaları yumşaldıb

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 9-cu sanksiyalar paketində müəyyən şəxslərin dondurulmuş hesablarının aktivləşdirilməsinə imkan verəcək yeni istisnanın tətbiqi edilməsi qərara alınıb.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın Ukraynada vəziyyətin sabitliyini pozan hərəkətləri ilə bağlı qəbul edilən tədbirlərin heç biri üçüncü ölkələrlə Rusiya arasında kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən buğda və gübrə ticarətini hədəf almır”, - bildirilib.

Qeyd edilib ki, Aİ-nin dünyada ərzaq təhlükəsizliyinə təhdid yaratmaqdan uzaq durduğu və bununla mübarizə aparmaq üçün qətiyyətli mövqeyini nəzərə alaraq kənd təsərrüfatı və ərzaq məhsullarının beynəlxalq ticarətində mühüm rolu olan bəzi şəxslərin hesablarının aktivləşdirilməsi, vəsaitlərin və iqtisadi resursların istifadəsinə verilməsinə imkan verən yeni istisnanın tətbiq edilməsi qərara alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol