Menu

Putin Lukaşenko ilə danışıqlar üçün Belarusa səfər edəcək

17.12.2022, 00:47
Putin Lukaşenko ilə danışıqlar üçün Belarusa səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin dekabrın 19-da Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Bu barədə məlumatı Kremlin mətbuat xidməti təsdiqləyib.

Görüş çərçivəsində iki dövlətin liderləri Rusiya-Belarus münasibətlərinin gələcək inkişafının əsas məsələlərini, İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığını vurğulamaqla strateji tərəfdaşlığı müzakirə edəcəklər.

Onlar həmçinin beynəlxalq və regional gündəliyin əsas mövzularını masaya yatıracaqlar. (Mənbə: Gazeta.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol