Menu

Ərdoğan dünya çempionatının finalında iştirak edəcək

17.12.2022, 19:53
Ərdoğan dünya çempionatının finalında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Qətərə səfər edəcək. Onun dünya çempionatının bağlanış mərasimində iştirak edəcəyi gözlənilir.

Bu barədə şənbə günü Türkiyə liderinin administrasiyası məlumat yayıb.

“Prezidentimiz Qətər əmirinin dəvəti ilə dekabrın 18-də dünya çempionatının bağlanış mərasimində iştirak etmək üçün Dohaya səfər edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Ərdoğan mundialın açılış mərasimində də iştirak edib. (Mənbə: Anadolu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol