Menu

Müharibə yaxın aylarda başa çatmayacaq - Ukrayna Prezidentinin Ofisi

18.12.2022, 10:45
Müharibə yaxın aylarda başa çatmayacaq - Ukrayna Prezidentinin Ofisi

Ukraynadakı müharibə yaxın 8 ayda başa çatmayacaq.

APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Aleksey Arestoviç bildirib.

Arestoviçin sözlərinə görə, uzanan münaqişə 2 il və daha çox davam edə bilər. Bəzilərinin proqnozlarından fərqli olaraq yaxın 2 ayda münaqişə başa çatmayacaq.

Arestoviç uzanan münaqişənin hamı üeçün təhlükəli olduğunu bildirib: “Uzanan münaqişəni heç kim xoşlamır. O həm də təhlükəlidir. Çin strateqi Sun Tsızı deyirdi ki, müharibə cəldliyi sevir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol