Menu

“Putin Kadırovdan qorxur, ona görə də...” – "Çeçenistan müstəqil olacaq..."

19.12.2022, 14:53
“Putin Kadırovdan qorxur, ona görə də...” –  "Çeçenistan müstəqil olacaq..."

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Çeçenistanın hazırkı lideri Ramzan Kadırovdan qorxur. Ona görə də Kreml Çeçenistanı pul və digər vasitələrlə daim nəzarətdə saxlamağa çalışır”.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Kadırov Putinə böyük problemlər yarada biləcək bir adamdır. Onun öz ordusu var. Əgər Putin Çeçenistan rəhbərinə müəyyən mənada azadlıq verməsəydi, o zaman onlar çoxdan üsyana qalxardılar. Putin hakimiyyətdən gedən kimi Çeçenistan müstəqil olacaq. Kadırovla və ya Kadırovsuz. İnanın mənə, bu, mütləq və çox tez baş verəcək. Çünki Çeçenistan Rusiya Federasiyası ilə heç bir əlaqəsi olmayan ayrı bir dövlətdir”,-deyə o bildirib.

“AzPolitika.info”

Şərhlər

Roma 2022-12-19 15:02:36

Qorxur yox üyüdür...Vəziyyətdən çıxış yolu onu Maştağadakı Çıldağa aparmaq lazımdır, ancaq mühafizə ilə birlikdə, yoxsa maştağalıların əlindən xəta çıxar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol