Menu

TALIBOVUN EVİ QORUMASIZ BURAXILDI - Qarovul postu ləğv olundu

19.12.2022, 16:00
TALIBOVUN EVİ QORUMASIZ BURAXILDI - Qarovul postu ləğv olundu

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun yaşadığı evin polislər tərəfindən qorunmasına son qoyulub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz “feysbuk” səhifəsində məlumat yayıb.

“Vasif Talıbovun malikanəsi indiyədək 9 polis tərəfindən növbəli şəkildə mühafizə olunurdu. Hər 2 gündən bir 3 polis əməkdaşı növbə dəyişirdi. Lap Leninin meyiti Kremldəki mavzoleydə qorunan kimi” -deyə, o əlavə edib.

Baş redaktor qeyd edir ki, evin qarovulçuları dünən Naxçıvan şəhər Polis İdarəsinin Post Partul Xidmətinə çağırılıb və onlara qanuni iş yerlərinə qayıtmaları barədə göstəriş verilib.

Onun sözlərinə görə, polis əməkdaşlarının heyrətinə səbəb olan əmr Post Patrul Xidmətinin komandiri Hümbət Allahverdiyev tərəfindən verilib.

“AzPolitika.info”

Şərhlər

Adi insan 2022-12-19 16:07:18

Məmulara özlərinə qanunsuz qaydasız ölkədir. İt yiyəsini tanımır. Nə kefləri istəyir edirlər. Xalqı veclərinə də almırlar. Qanun-qayda rejim də xalq üçün yaradılıb. Çünki milyardları trilyonları atıblar xalqa. Dünya veclərinə deyil. Xalq da yığışa bilmir bir yerə,birləşib bu talançıların cəzasını verə bilmir,bilmirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol