Menu

Dirijor Kazım Əliverdibəyov vəfat edib

19.12.2022, 16:33
Dirijor Kazım Əliverdibəyov vəfat edib

Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Prezidentinin fəxri təqaüdçüsü dirijor Kazım Əliverdibəyov vəfat edib.

Bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib.

Qeyd olunub ki, Kazım Əliverdibəyov bu gün səhər saatlarında vəfat edib.

K. Əliverdibəyov 1938-ci ildə Bakıda anadan olub, 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha sonra Opera və Balet Teatrında dirijor kimi çalışıb.

Mərhumla vida mərasimi 20 dekabr saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol