Menu

Kasprişik erməni helikopteri vurulan yerə gedir

14.11.2014, 12:46
Kasprişik erməni helikopteri vurulan yerə gedir

ATƏT nümayəndəsinin səfəri yaxın günlərdə baş tutacaq

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik təmas xəttini ziyarət edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı məlumat yayıb.

Onlar ATƏT nümayəndəsinin noyabrın 12-də erməni helikopteri vurulan rayonun ərazisinə gedəcək.

Məlumata görə, səfər yaxın günlərdə baş tutacaq. Kasprişiki səhra köməkçiləri də müşayiət edəcək.

Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol