Menu

TƏBİB: Gələn ildən bəzi xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək - SİYAHI

20.12.2022, 11:19
TƏBİB: Gələn ildən bəzi xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək - SİYAHI

Gələn il yanvar ayının 1-dən etibarən bir sıra tibb müəssisələr TƏBİB-in tabeliyindən çıxarılacaq.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB-Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

O xatırladıb ki, TƏBİB-in tabeliyindən çıxarılacaq tibb müəssisələri aşağıdakılardır:

Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

Şərhlər

t.ədalət 2022-12-20 12:23:08

Əsas apteklərdir.Apteklər səhiyyə nazirliyinin tabeliyinə verilməli,bununla da millətin qanını içən aptek biznesmenlərinin xəyanətinə son qoyulmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol