Menu

Vardanyan Paşinyanı biganəlikdə ittiham etdi

20.12.2022, 11:58
Vardanyan Paşinyanı biganəlikdə ittiham etdi

Özünü separatçıların qondarma “dövlət naziri” elan etmiş rusiyalı milyarder Ruben Vardanyan Qarabağda məskunlaşmış ermənilərin təlaşını aradan qaldırmaq, onları sakitləşdirmək üçün dəridən-qabıqdan çıxır.

Vardanyan dünən Əsgəran şəhərinə gedərək, mülki şəxslərlə görüşüb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Xankəndi –Laçın yolu olub.

Vardanyanla söhbət edən ermənilər son günlər yaranmış vəziyyətdən - Xankəndi-Laçın yolunun bağlanmasından təşviş keçirdiklərini vurğulayıblar.

Görüşdə Ermənistan rəhbərliyinə qarşı ittihamlar səsləndirilib, Nikol Paşinyan hakimiyyətinin Qarabağ ermənilərinə biganəliyi tənqid olunub.

Ruben Vardanyan biganəliyi ən təhlükəli hadisə adlandırmaqla, dolayısı ilə Paşinyanı ittiham edib. O, deyib ki, separatçılar hazırda vəziyyətdən çıxış yollarını tapmaq üçün Birləşmiş Millətlər Təşkilatı, Fransa, ABŞ və Rusiya ilə müxtəlif səviyyələrdə işləyir.

Şərhlər

Eli 2022-12-20 15:30:08

Beşer tarixi bele şerefsşz millet yetirmeyib.Sene ölmemek üçün torpaq veren yaşamaq üçün şerait yaradan bir melletin haqqını danan başqa millete ad qoymaq mümkün deyil.İndi bunlar deyir ki, biz bir yerde takats bilmerik dğz de deyir.Onda redd olun cehenneme ve bşrdefelik adi bir aksiomanı qanın:Torpaqdan pay olmaz ve olmayacaq ve babalarımızın size sehven verdiyi torpaqları de mğtleq geri alacayıq mütleq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol