RUSİYADA “BAKINI BOMBALAMAQ” EŞQİNƏ DÜŞƏNLƏR ÇOXALIR – Kreml ekspertlərinin Azərbaycan aqoniyası nəylə bağlıdır?

Ukraynada döyüşən rusiyalı hərbçilər heç də Avropanın ən inkişaf etmiş dövlətləri sırasında olmayan bu ölkənin yollarının, kəndlərinin, qəsəbələrinin, şəhərlərinin Rusiya ilə müqayisədə xeyli komfortlu olmasından heyrətləndiklərini və həsəd apardıqlarını gizlətmirlər. Eyni münasibət Azərbaycana və xüsusilə Bakıya da aiddir. Ölkəmizə səfər edən rusiyalıların əksəriyyəti buradakı mənzərəni çox bəyənirlər. Görünür, son zamanlar Bakının bombalanması, Azərbaycanın enerji infrastrukturunun raket zərbələrilə məhv edilməsi kimi cinayətkar çağırışların artmasında bu amilin də müəyyən rolu var...

Bakının bombalanması çağırışları ilk dəfə deyil ki, səslənir. Bu çağırış , xüsusilə də Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra Rusiya elitasının millətçi və imperiyaçı kəsiminin bir növ “qəlbinin harayına” çevrilib. Əvvəlcə, bu ilin mart ayında Rusiya Dumasının deputatı, iqtisadi siyasət komissiyasının sədr müavini Mixail Delyagin Rusiya dövlət telekanalında ölkəmizi təhdid edən açıqlama verdi və bildirdi ki, Azərbaycan Qarabağdakı fəaliyyətlərinə görə cəzalandırılmalıdır, onun neft infrastrukturuna zərbə vurulmalıdır.

Bu günlərdə “estafeti” qəbul edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov da Azərbaycanı hədələyərək, Bakının neft yataqlarına zərbə endirilməli olduğunu dedi.

Bundan dərhal sonra isə Raket və Artilleriya Elmləri üzrə İnformasiya Siyasəti Akademiyasının prezident müavini, hərbi elmlər doktoru Konstantin Sivkov bildirdi ki, Ukrayna məsələsini həll edəndən sonra Rusiya silahlı qüvvələrinin əl-qolu açılacaq və rus ordusu Azərbaycanla məşğul olacaq: “Biz 1000 kilometrlik cəbhə ilə məsələni həll edəndən sonra Azərbaycanla məsələni həll edəcəyik. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir...”

Əlbəttə, kimsə deyə bilər ki, böyük ehtimalla hansısa əyyaş, sərxoş kişi və pozğun qadın hüceyrələrinin təsadüfi əlaqəsindən dünyaya gələn bu individlərin açıqlamalarına o qədər də ciddi yanaşmaq lazım deyil, onlar Kremlin yox, hansısa ermənipərəst daxili qruplaşmanın sifarişini yerinə yetirir və sair. Xeyr!

Bunların heç biri təsadüfi adamlar deyillər və onları danışdıran mərkəz Qarabağ ermənilərinə heç bir aidiyyatı olmayan Vardanyanı Xankəndinə göndərən mərkəzdir. Delyagin Duma üzvü və onun rəhbərliyində təmsil olunan birisidir, son olaraq Azərbaycanın üzərinə “çəmkirən” Konstantin Sivkov isə Olqa Skabeyevanın təbliğat verilişlərinin “ulduzlar”ından biridir və sözsüz ki, o da Kremlin müəyyən etdiyi “tezislər” əsasında “işləyir”. Eynilə də Mixail Aleksandrov.

Bəs, bu arada məlum səbəblərdən çabalayan Rusiyada “Bakını bombalamaq” çağırışlarının artması nəylə bağlıdır?

Əlbəttə ki, üzdə görünən və bu “qan çanağı” ekspertlərin əsaslandığı səbəb Xankəndi-Gorus yolundakı məlum aksiyadır. Lakin sözsüz ki, səbəblər daha dərin, üzdə görünməyən əsaslara söykənir. Məsələn, aksiyanın ilk günlərində Putinlə Azərbaycan Prezidenti arasında telefon danışığı oldu. Lakin bu danışıqdan sonra sahədə heç nə dəyişmədi. Deməli, Rusiya başçısının dediyi, istədiyi olmadı. Buna paralel olaraq, Azərbaycan Ukraynaya 45 güc transformatoru və 50 generator aparan avtomobil karvanını yola saldı. 

Ölkəmizin bu humanist addımına Rusiya XİN təmsilçiləri səviyyəsində narazılıq ifadə olundu. Bundan sonra Rusiyadan Ukraynaya yardımına görə Azərbaycanı hədəfə alan açıqlamalar verilməsinə cavab olaraq Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak dedi ki, Kreml Azərbaycan kimi sivil ölkələrin Ukrayna kimi humanitar fəlakətlə üz-üzə qalan bir dövlətə yardımını anlamaq və qəbul etmək iqtidarında deyil...

Bütün bunlar onu göstərir ki, məsələ təkcə Laçın yolundakı aksiyada deyil. Rusiyanı idarə edənləri qıcıqlandıran Azərbaycanın dövlət və cəmiyyət olaraq, heç də onların cızdıqları orbitlə hərəkət etmək fikrində olmadığını anlamalarıdır...

Zatən Rusiya hərbi, siyasi, iqtisadi və s. elitasının Ermənistanla müqayisədə Azərbaycana münasibəti hər zaman mənfi olub və ikiüzlüyə, yalana, saxtakarlığa, şantaja əsaslanıb. Həmin münasibət bu gün də davam edir və Azərbaycanın istənilən uğuru həmin elitalarda qıcıq və hiddətdən başqa heç nə doğurmur. Yeri gələndə, özlərini Azərbaycanpərəst kimi göstərən az sayda rusiyalı politoloqların, ekspertlərin də səmimiliyinə inanmaq doğru deyil. Çünki haraya çevirsən, onların da ipinin bir ucu Kremlin əlindədir... 

Ukrayna savaşı, hansısa bəşəri dəyərlər xatirinə deyil, məhz öz təhlükəsizliyi üçün Rusiyadan qaçan və guya bu savaşın əleyhinə olan demokratların, liberalların, “Dojd” kanalı kimi saxta “azad söz təmsilçiləri”nin, eləcə də Rusiya ziyalı elitasının digər çoxsaylı nümayəndələrinin davranışlarında göstərdi ki, bunlar girdikləri qabın formasını alan maye kimidirlər. 

Öz komfortlarını təmin etmək üçün istənilən dona girirlər. Əslində isə imperiyaçı mahiyyətlərinə görə onların Kremldəki hazırkı hakimiyyətdən ciddi fərqləri yoxdur. Ona görə də Putin gedib, yerinə həbsədki navalnılar, yaşinlər, yaxud millətimizə qarşı nifrətini gizlətməyən latıninalar, şenderoviçlər və digər liberallar, demokratlar və s. hakimiyyətə gəlsələr də, Azərbaycana, azərbaycanlılara münasibət dəyişməyəcək - nəinki siyasət, iqtisadiyyat, elm və s. hətta məişət səviyyəsində belə. Məsələn, yaxınlıqda Azərbaycan kişisinin mövcudluğu solovyovların, zatulinlərin, delyaginlərin və digər bu qəbildən olan siyasi və hətta hərfi mənada impotentlərin “kişilik standartları” üçün təhlükədir...

Odur ki, xüsusilə də Ukraynadakı savaşdan sonra bütün çirkabını açıb ortaya qoymuş belə bir siyasi, mədəni və s. elitaya özümüzü qəbul etdirməyə, sevdirməyə cəhd göstərmək müftə, mənasız enerji sərfiyyatıdır. Azərbaycanda 400 yox, 4 min rus məktəbi açsaq da, bunun Rusiyadakı hakim düşüncənin Azərbaycana münasibətinə təsiri olmayacaq. Nəhayət, milli natamamlıq kompleksindən qurtulmaq zamanı çatmayıbmı?

Azərbaycanın dünya mədəniyyətinə, ədəbiyyatına, elminə, incəsənətinə, iqtisadiyyatına, siyasətinə və s. çıxışı Rusiya, Moskva, Kreml üzərindən olmalı deyil. Uzun illər, əsrlər boyu Rusiyada hakim olan və bundan sonra da olacaq imperiyaçılığın, şovinizmin, kobud gücdən başqa heç nəyi qəbul etməyən və saymayan idarəçilik fəlsəfəsinin mahiyyəti qonşuluqda nəinki müstəqil müsəlman Azərbaycanın, Qazaxıstanın və digər “ne russki”lərin, həmçinin xristian-pravoslav Ukrayna və Gürcüstanın, hətta Belarusun belə varlığını qəbul etmir. Bu dövlətlərdə demokratik, ya anti-demokratik hakimiyyətlərin mövcudluğundan asılı olmayaraq, heç zaman da etməyəcək! Ukraynada davam edən açıq-aydın işğalçılıq savaşı isə bir daha sübut edir ki, Kreml və onun təbəələrinin xüsusilə də zombiləşmiş təbəqəsi nə dərəcədə qəddar, amansız və bütün bəşəriyyət üçün təhlükəlidir...

Yuxarıda adını çəkdiyimiz Konstantin Sivkov Azərbaycanla bağlı fikirlərini belə tamamlayıb: “Azərbaycan liderinin Türkiyə və ABŞ-ın təklifi ilə hərəkət edərək Rusiyaya ciddi problemlər yaratmasını Rusiya rəhbərliyi unutmayacaq”

Bizim də unutmadığımız və unutmayacağımız, Rusiyanın əli olan çox tarixi hadisələr, faciələr, qətliamlar - Gülüstan, Türkmənçay, 28 aprel, 20 yanvar, 26 fevral və bir də ən yeni tarixdə içərimizə mikrob kimi salınan mehdiyevlər, sadıkovlar və s. var...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Moshu 2022-12-22 11:29:08

Tarixdən bunu hamı yaxşı bilir. Böyük Vətən müharibəsində Hitler Bakını, Bakının neft buruqlarını bombalamaq istəyirdi, hətta Bakını işğal etməkdən ötrü 1942-ci il 25 sentyabr tarixi müəyyən edilmişdir. 1941-ci il 16 iyul tarixdə fürerin iqamətgahında keçirilən müşavirədə hətta Bakının Almaniyanın bir əyaləti olması barədə qərar da qəbul edilmişdir. Alman rəhbərlərindən biri Martin Borman Bakının Almaniyanın hərbi koloniyasına çevrilməsilə bağlı bəyanat vermişdir. Televiziya ekranlarından Bakı və Xəzər dənizi ilə bağlı Hitlerə təqdim ediləcək tort səhnəsi yəqin çoxlarımızın xatirindədir. 1942-ci ildə Berlin küçələrində 1918-1919-cu illərin xronikasından və açıqçalarından istifadə edərək Berlinin küçələrində qədim Bakının dekorasiyasını qurub hələ film də çəkmək arzusunda idilər. Bur rus tulaları hürməkdən savayı əllərindən bir şey gələsi deyil. İt hürər karvan keçər. Dünya artıq o dünya deyil, Azərbaycan da o Azərbaycan deyil ki, başına vurub əlindəkini əlindən alasan. Sadəcə olaraq bu nepotizm deyilən anlayışdan imtina edib sükanı layiq olana həvalə etmək lazımdır. Gəlin etiraf edək, bizim böyük informasiya boşluğumuz var Bu boşluğu isə teleməkan doldurmalıdır. Bizim televiziyanı açırsan, ya Xoşqədəm kimlərisə axtarır, hüquq mühafizə orqanlarının ona aid olmayan funksiyasını Xoşqədəm xanım ararır, ya Zaur ailəsi ilə bir ağalıq edir, bir sözlə, Hacı Zamin demişkən, televiziyalarımız dönüb olub telekanalizasiya. Balaca uşağı da televiziyaya çıxarırlar və sual verirlər, böyüyəndə nə olacaqsan, cavab o olur ki, bütün millət müğənni olacaq. Bütün gücümüzü təbliğata atırmalıyıq

Veteran 2022-12-20 22:26:12

Heç bir qələt edə biməzsiniz.Onda Ermənistanla birlikdə sizin oradakı , Qarabağdakı və Azərbaycandakı dalyalayanlarınızı cəhənnəmə göndərəcəyik. .

Alim 2022-12-20 21:21:55

Bu fikirlərinizi ingiliscə yazın və oxunan qəzet və jurnallarda çap edin! Daxili auditoriyaya hesablanmış bu cür məqalələrlə biz heç nəyə nail olmuruq. Məqalə gözəldir, Cəlal vətənpərvər insandır. Bunu bilmirik? Bilirik! İngilis dili bilən Azərbaycan oğlu bu məqaləni təcili ingilis dilinə tərcümə edib, tanınmış qəzet və jurnallardan birinə göndərməlidir. Bunu edəndən sonra məqalənin bizim xalqımıza xeyiri olacaq.

Dadaşyevə cavab olaraq 2022-12-20 20:26:08

ÇOX DƏQİQ,ŞƏRH YAZIRSIZ.DOĞRUDAN DA XRİSTİAN ALƏMİ HEÇ ZAMAN TÜRKLƏRLƏ BARIŞMAZ. 200 İLDİR RUS QAFQAZI SÖZÜN ƏSİL MƏNASINDA ƏSARƏTDƏ SAXLAYIR.HƏQİQƏTƏN DƏ AVROPASAYAĞI MƏDƏNİYYƏTİ OLAN BALTİKYANI ÖLKƏLƏRDƏN BİR NÖV ÇƏKİNİRLƏR.ORTA ASİYANİ HƏMİŞƏ ŞURBAN DEYİB AŞAĞILAYIRLAR QALDI Kİ QAFQAZI HEÇ CÜRƏ ƏLDƏN BURAXMAQ İSTƏMİR.,XÜSUSƏN DƏ AZƏRBAYCANI.RUSİYA,BELARUSİYA UKRAİNA ONLAR BİR SOYDUR NƏ QƏDƏR BİRİ BİRİNİ QIRSALAR DA AXIRDA BARIŞACAQLAR ANCAQ BİZİMLƏ ƏSİRLƏRLƏ YOX.

Vaqif 2022-12-20 19:58:25

Əla təhlildir.Bunu nevə illərdir görür və hiss edirik.Ancaq məsələnin həllinə 30 ildir 5-ci kolon mane olub və olur.Niyə 5-ci kolon belə özbaşına buraxılıb?

Turan 2022-12-20 17:56:24

Rusiya imperiyası Ukrayna savaşından kiçik dövlətlərı parçalanmış vəziyyətdə çıxacaq. Əbəs yerə deyil ki, Qərb Ukraynada Rusiyanı xırda -xırda parçalayaraq çökdürür. Bu proses təxminən 2 il çəkəcək. Rus imperiyası parçalandıqdan sonra növbə İranındır

korrektor 2022-12-20 17:48:29

Cəlal müəllim! Yazdığınız məqaləni, oradakı tezisləri tam dəstəkləyirik! Çox Sağ Olun!

dadaşyev 2022-12-20 16:11:33

Çox gözəl yazıdır.Cəlal Məmmədov,çox gözəl yazırsan yau kardeşim.Sevdim səni.Bir şeyi əlavə etmək istəyirəm.Qafqazda qaynadılmaqda olan bu qazan Qərbin Rusiya-Türkiyə qarşıdurmasını yaratmaq istəməyindən doğmuşdur.Ta Suriyada İŞİD-filan yaradılandan,türklərin rus təyyarəsini vurduqlarından,Ankaradakı rus səfirinin öldürülməsindən bunu yana-yana arzulayır Qərb aləmi.Rusiya tamamən təklənmiş olsaydı əlbəttə indi Ukrayna savaşı da çoxdan bitmiş olardı,amma “ipə-sapa yatmayan”,”öz millətini düşünən” Ərdoğan heç cür Rusiyadan əl çəkmir,buna görə qudurub Qərb,ard-arda Azərbaycana qarşı bəyanatlar verirlər,belə ki Azərbaycana sataşmaq Türkiyəyə sataşmaq deməkdir.Rusiya daxilindəki bəzi murdarların da Azərbaycanı bombalamaq üçün hürüşmələrinin kökündə də Rusiya-Türkiyə müharibəsi həvəsi durur və bu heç də Kremldən kənar söhbətlər deyil.İctimai fikir formalaşdırılır Rusiyada bu yolla.Çünki bütün dünyanın Rusiyadan Ukraynaya görə küsdüyü bir zamanda Kremlə Qərblə barışıq üçün yeganə yol Türkiyə ilə müharibədən keçir,Kremldə kimin olmasından asılı olmayaraq.Əgər Türkiyəylə müharibə olarsa bütün xristian aləmi Rusiyanı sevəcək,umu-küsülər unudulacaq,çünki bütün xristian dünyası ta Konstantinopol 1453-də alınıb Bizansın varlığına son veriləndən bu günə qədər də qəlblərində türklüyə qarşı sonsuz bir nifrət yaşadırlar.Mən dəfələrlə demişəm,yenə də deyirəm:xristian dünyası türklərlə heç zaman barışmayacaq Bizansa,Konstantinopola,Aya-Sofiyaya görə.Heç bir zaman.Bu barışıq əsla və əsla mümkün olan şey deyildir.

Son yazılar