Bayram günlərində paytaxtda və Sumqayıtda tikinti şirkətlərinin yol verdiyi neqativ əməllər barədə qalxmış ictimai ajiotaj hələ də səngiməyib. Bu sahədə özbaşınalıq və ədalətsizliyin olduğu danılmazdır. Məsələnin başqa bir neqativ tərəfi də odur ki, hazırda tikinti şirkətlərinin əksəriyyəti vur-həşirlə məhz paytaxtda və onun yaxın ətrafında inşa işləri ilə məşğuldur.
Bu isə onsuz da əhalinin sıx yaşadığı Bakını bir az da yükləməklə yanaşı, paytaxtda mənzillərin qiymətinin fantastik həddə qədər şişməsinə rəvac verir. Halbuki digər bölgələrdə geniş tikinti-quruculuq işləri aparılsa, bu həm o ərazilərin məskunlaşdırılması işlərinə töhfə verər, həm də ölkə əhalisinin respublikanın bir nöqtəsində təmərküzləşməsinin qarşısını alar. Nəticədə ölkəmizdə bir neçə yox, daha çox sayda iri şəhərlər əmələ gələr.
Bu baxımdan paytaxtda mənzil tikintisinin məhdudlaşdırılması üçün xüsusi qanuna, sərəncama ehtiyac varmı?

Deputat Vüqar Bayramov vurğulayıb ki, inşaat şirkətlərinin tələbin yüksək olduğu ərazilərdə cəmləşməsi təbiidir. "Yeni Müsavat”a mövzunu şərh edən deputat bildirib ki, bu, paytaxtda mənzillərə tələbin yüksək olması ilə əlaqədardır: "Bu sahədə qaydaların daha da təkmilləşdirilməsi vacibdir. Xüsusilə nəzərə almaq lazımdır ki, tələb yüksəkdir. Buna görə də inşaat işləri günü-gündən genişlənir. Digər tərəfdən isə inşaat yeni standartlarla həyata keçirilir. Tikinti şirkətləri ilə alınan ərazilərdə yaşayan yaxud məskunlaşmış sakinlərlə münasibətlərin tənzimlənməsi, sivil qaydada daha çevik prosedurların tətbiqinə ehtiyac var. Tikinti şirkətləri inşaatı daha tez zaman bitirməkdə maraqlı olsalar da, vətəndaşların mülkiyyət hüququnun qorunması vacibdir. Bu baxımdan yeni meyarların tətbiq edilməsinə ehtiyac var. Gözlənti ondan ibarətdir ki, növbəti dövrlərdə də tikinti şirkətləri daha çox Bakıda inşaat işləri həyata keçirməkdə maraqlı olacaqlar”.

İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, hər hansı sahədə qanunsuzluq həmin sahədə məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yaratmır. Onun fikrincə, məhdudiyyətlər sahənin çöküşünə səbəb ola bilər: "Qanunsuzluqlarla qanuni mübarizə yolları var. Dünyanın hər yerində qanunsuzluqlar baş verir və bununla ciddi mübarizə aparılır. Hesab edirəm ki, tikinti yaxud biznes sahəsinə məhdudiyyət qoyulması iqtisadi nöqteyi-nəzərdən doğru deyil çünki bu, həmin sahədə fəaliyyətin azalmasına səbəb olur. Bu isə öz növbəsində həm sahibkarlıq fəaliyyətinə məhdudiyyət yaradır, həm də gələcək investorlar üçün neqativ siqnal ola bilər. Bu həmçinin iş yerlərini məhdudlaşdıra bilər. Fikrimcə, məhkəmə institutları daha da möhkəmlənməlidir, qanunsuzluqlarla ciddi mübarizə aparılmalıdır".


Şərhlər
Hakimiyyətdən,nazirlik və icra strukturlarından .... qarışıqları təmizlənməsə Azrbaycan xalqını dəhşətli günlər gözləyəcək.
Təəssüf vətəndaşların ümumi əhval-ruhiyyəsi bir sözlə Ümidsizliklə ifadə olunur
Mühendis tam hawlıdır eyaletlerde rayon rehberleri ehslinin meşğulluğu ile ciddi ve peşekarcasına meşğul olmalıdırlarTeessüfler olsun ki nı işler demek olar görülmür ve ya yox seviyyesindeir.Bela burdadır çox teessüf ki.
Bu iqtisadçını bir az savadlandırmağa ehtiyac var.Standart söz və çıxışlarla bu adam baş daolandırır.Azərbaycanın hansı rayonunda yerli əhalinin işlə təmin edilməsi üçün keçən 30 ildə normal inftastruktur yaradılıb.ölkənin rayon və şəhərlərində iri sənaye obyektlrini söküb-dağıdıb əhalini ailəsini təmin etmək üçün Bakıya köçməsinə məcbur edənlər niyə düşünmədən mövcud iş yerlərini məhv etdilər.O zaman niyə bunun və bunun kimilərinin səsi çıxmırdı?. Bəli,nəticə acınacaqlıdır.Əfsus ki, bu gün də hakimiyyət yerlərdə kifayət edici infrastruktur.iş yerləri yaratmaq üzrə fəaliyyətsizliyini davam etdirir.Bax bu da nəticəsi!