Ukraynanın Rusiya ilə müharibədə təslim olması Avropa üçün qəbuledilməzdir, çünki bu, Kiyevin bütün tərəfdaşlarının təslim olması demək olardı.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Berlində keçirilən iqtisadi forumda çıxış edərkən bildirib.
Kansler Avropanın Ukraynanı dəstəklədiyini, lakin bunu heç də müharibənin uzanması üçün etmədiyini qeyd edib: "Biz Ukraynanı müharibənin uzanması üçün dəstəkləmirik. Lakin Ukraynanın kapitulyasiyası və ya hətta qeyd-şərtsiz kapitulyasiyası mümkün deyil. Çünki bu, hamımızın kapitulyasiyası demək olardı".
Merts Rusiyanı Soyuq Müharibənin bitməsindən sonra Avropada qurulan siyasi nizama "fundamental zərbə" vurmaqda günahlandırıb. Xüsusilə, Almaniya başçısı Rusiyanın Avropaya qarşı hibrid hücumlarından narahatdır: "Hazırda ən böyük narahatlığım iqtisadiyyatımız, ABŞ və ya Çin deyil, Rusiyanın cəmiyyətimizə təsiridir".
Onun sözlərinə görə, bu cür hücumlar hər gün baş verir, lakin avropalılar hələ də bu problemin ciddiliyini az qiymətləndirirlər.
Bundan öncə Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, ABŞ danışıqçıları təxminən iki ildir Ukraynanı təslim olmağa məcbur edirlər. O bunun qarşısını almaq üçün Aİ-nin Ukraynanı dəstəkləməyə davam etməli və sülh danışıqlarında birbaşa iştirak etməli olduğunu vurğulayıb.
“AzPolitika.info”


Şərhlər