Menu

Statistika Komitəsində yeni təyinatlar - Kadr dəyişiklikləri oldu + ADLAR

21.10.2026, 16:38
Statistika Komitəsində yeni təyinatlar - Kadr dəyişiklikləri oldu + ADLAR

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.

"AzPolitika" xəbər verir ki, qurumun Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma, Keyfiyyətin idarə edilməsi və metaməlumatlar, Ticarət statistikası, Xidmət statistikası, Əhali statistikası və Sosial statistika şöbələri ləğv edilib.

Əvəzində Statistik vahidlərin reyestri və metodologiya, Statistik keyfiyyətin təminatı, Strateji inkişaf, Daxili ticarət və xidmət statistikası, Beynəlxalq ticarət statistikası, eləcə də Demoqrafiya və sosial statistika şöbələri yaradılıb.

Struktur dəyişiklikləri ilə əlaqədar bir sıra rəhbər vəzifələrə təyinatlar da aparılıb.

Sosial statistika şöbəsinin keçmiş müdiri Elçin Hacı Statistik vahidlərin reyestri və metodologiya şöbəsinin müdiri, Ticarət statistikası şöbəsinin keçmiş müdiri, Aida İbrahimova Daxili ticarət və xidmət statistikası şöbəsinin müdiri vəzifəsinə, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin keçmiş müdiri Toğrul Əcəlov Beynəlxalq ticarət statistikası şöbəsinin müdiri, Əhali statistikası şöbəsinin keçmiş müdiri Rza Allahverdiyev Demoqrafiya və sosial statistika şöbəsinin müdiri vəzifəsinə təyin olunublar.

Bundan başqa, Dövlət Statistika Komitəsi sədrinin müşaviri İbrahim İbrahimova İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsinin icrası həvalə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol