Menu

Müğənni Səlim Müslümovun cinayət işi üzrə dindirildi

20.12.2022, 15:26
Müğənni Səlim Müslümovun cinayət işi üzrə dindirildi

Müğənni Dəniz Əsədova sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dindirilib.

Bu barədə Lent.az-a müğənni özü məlumat verib.

O qeyd edib ki, saxta əlillik düzəltmək adı ilə vətəndaşlardan pul alınması faktı üzrə istintaqın suallarını cavablandırıb: “Heç bir günahım olmadan Səlim Müslümovun işinə görə məni istintaqa cəlb elədilər. Məni dələduzluqda ittiham edirdilər. Halbuki əlimdə sübutlarım da var idi ki, işi görən Mehparə, Rauf, Rüfət, Şahin və Eldəniz adlı həkimlər olub. Bildirdim ki, mənə qarşı ittihamlar yalan və böhtandır. Adını çəkdiyim həkimlər tanıdığım adamlardan pul alıblar. Mənə qarşı ittihamlar sübuta yetirilmədi. Üç il bu işin üstündə vaxtımı aldılar, çox çək-çevir etdilər, həm mənəvi, həm maddi zərər vurdular. O vaxtı çox imkanlı olmuşam, halal pulumu qazanmışam. Heç kim deyə bilməz ki, haram pul qazanıram. Əlimdə də kifayət qədər sübutlarım var. İstər səs yazıları, istərsə də yazışmalar. Sübutsuz heç vaxt addım atmaram. Bu gün də alnım açıq, üzüm ağdır”.

Şərhlər

Adil 2022-12-20 18:43:18

Hə. . Əjdərin dənizi.. O vaxt ki, Əjdər Öl(müş) dənizi fəth edirdi, dənizin üstü də alti da bol idi, dalğaları 3 mərtəbəli ev boyda şahə qalxırdı. İndi Əjdər deşikdən baxır deyə dəniz də quruyur ... Çünki, belə dənizə su ancaq əjdərin vedrəsindən su tökülə bilərdi. Əslində Əjdərə qədər
bu dəniz yox e heç gölməçə də deyildi axı

Senan 2022-12-20 18:16:57

yazıq s.muslumov haradasa 30-40 milliard pul yemişdi onu da burnundan tökūrsūnūz imkan vermirsiniz kasıbçılığını eləsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol