Menu

Daha dörd qazi Türkiyədə müalicəsini tamamlayaraq Vətənə qayıtdı - FOTOLAR

20.12.2022, 20:56
Daha dörd qazi Türkiyədə müalicəsini tamamlayaraq Vətənə qayıtdı - FOTOLAR

Daha dörd qazi Türkiyədə müalicəsini tamamlayaraq Vətənə qayıdıb. Bu barədə YAŞAT Fondu məlumat yayıb.

Bildirilib ki, ağır yaralanan dörd qazi – Musayev Vadim Fikrətoviç, Səmədov Ceyhun Eldar oğlu, Ram İsmayılov Rəhman oğlu və Abdurrahmanov Nicat İlqar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar.

Ağır yaralılardan olan Əhmədov Saməddin Həmid oğlunun müalicəsi davam etdiyindən o, təkrarən Türkiyəyə göndərilib.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 177 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Şərhlər

Eli 2022-12-20 21:38:09

Qurban olaram Qazime,Şehidime,Esgerlerimize,tez sağalsınlar Allah milletimize cavanlarımıza bir de müharibe göstermesin her keçen günleri toy bayram olsun,oğul,qız, neve netice toyları görsünler İnşaallah.Amin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol