Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on gündür davam edir.
“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Hazırda havanın soyuq olmasına və qar yağmasına baxmayaraq, dinc aksiya iştirakçıları Azərbaycanın Dövlət Himni oxuyur, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


Şərhlər
Əcaib xəbər budur ki rus murdarməramlıları 30 metrəyə qədər geri çəkiliblər.Sadəlövhcəsinə deyirlər ki,guya bunu ona görə ediblər ki,guya zaman-zaman oradakı əsgərlər bizimlə qaynayıb-qarışaraq bizim tərəfimizdə ola bilərlər.A balam,onlar əsgərdir,əsgər isə əmrə tabedir,verilən əmri yerinə yetirməyən bir bölüyü dərhal çəkər,yerinə başqasını gətirərlər.O kadar.Elə isə xeyirdirmi geri çəkilmələri?Xeyir deyil,a balam.Çəkilib geridə dayanmaq o deməkdir ki,planlı bir təxribat gözlənilir.Məsəla, həmin o rus əsgərlərindən bir qrupunun erməni paltarı geyinərək gecənin qaranlığında uzaqlardan dağlardan ekofəallarımıza atəş açması kimi.Atəş açarkən hədəf aydın,bəlli olmalıdır.Tutaq ki atəş açdılar,xalqları bir-birinə vuruşdurmağın kitabını yazan ruslar üçün bu kimi şeylər su içmək kimi asan bir şeydir hələ faşizmlə müharibə dövründən.NKVD işçiləri almanların SS formalarını geyib Xatın kəndini dağıdıb yandırıb,əhalisini qırıb yerlə bir etmədilərmi?Və onun təqsiri də ta SSRİ dağılana qədər almanların üstündə qalmadımı?Almanların əsirləri yandırmaları,dərilərindən çanta-filan düzəltmələri kimi nağıllar da uyduraraq alman vəhşi obrazını yaradıb dünyanı almanlara qarşı qaldırmadılarmı?Demək,tutaq ki,dağlardan atəş açdılar,o zaman bizim polis qüvvələrimiz təbii ki dərhal onlara cavab verəcəklər.Bax baş verə biləcək bu atışmada orada postda dayanan ruslar hədəfə çevrilməsin deyə komandanlıq onları 30 metr geriyə çəkdirib zənnindəyəm.Deyərsiniz,xeyir,belə şey filan-filan qaydalarla düzgün deyil.A balam,dünyada qayda-qanun deyə bir şey qalmayıb ee.Özü də xalqların qanını tökməkdən ləzzət alan ruslar üçün.Öz ukraynalı bacı-qardaşının qanını tökür ruslar,bizəmi mərhəmət göstərəcək?Hər şey mümkündür,hər şeyə təbii ki bizim şanlı əsgər və polisimiz hazırdır.Bir təxribat olacaqsa bas get düşməni,kərbəlayi demiş,qaradan tünd rəng yoxdur,bəy,namusumuz qeyrətimiz var,dözərik.Sezar heç kəsin gözləmədiyi halda bir gecədə gözlənilmədən Rubikonu keçib necə hər şeyə sahib oldusa,eləcə.Bu dünya ah-nalə edənlərin cəhənnəmidir,cəsarətlilərin cənnəti.Qəhrəmanlıq əbədiyyətə sadəcə bir atılışdır.Belə təxribat baş verdiyində dağlardakı təxribatçılar öz ruslarına da bir-iki güllə atmalı olacaqlar ki,Kreml dərhal reaksiya versin “Azərbaycanlılar sülhməramlılara atəş açdılar” şəklində.Sonra nə olacaq?Bəllidir.Türkiyə,Pakistan,İran,Rusiya,Fransa filan-peşməkan.Qafqaz bütünlükdə yekə qaynar qazan olacaq.Amma alnımıza nə yazılıbsa o da olacaq.Qorxunun əcələ faydası yoxdur.Sokrat demiş,biz yalnız onu bilirik ki,heç nə bilmirik.