Pakistanın Xayber Paxtunxvanın cənubunda yerləşən Bannu şəhərindəki Terrorla Mübarizə İdarəsinin (CTD) mərkəzinin bir hissəsini yaraqlılar ələ keçirib, girov götürüblər.
“Dawn” xəbər verir ki, bazar ertəsi axşam saatlarına qədər davam edən Bannu qarşıdurmasında iki təhlükəsizlik işçisi yaralanıb. Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib və girovların azad edilməsi üçün əməliyyat aparılıb. Obyektin yerləşdiyi kanton ərazisi möhürlənib və sakinlərdən evdə qalmaları xahiş olunub.
Daha əvvəl mənbələr Pakistan Ordusunun komandoları və polisin əməliyyat üçün yeridildiyi halda yaraqlılarla danışıqların aparıldığını bildirib. Bannu sakininin sözlərinə görə, kantonun ərazisində silah və partlayış səsləri eşidilib.
Bununla belə, Xayber Paxtunxvanın baş nazirinin xüsusi köməkçisi vəkil Məhəmməd Əli Saif vəziyyətin nəzarət altında olduğunu və təhlükəsizlik qüvvələrinin əməliyyata başladığını deyib.
Terrorçuların CTD obyektinə kənardan hücum etdiyini iddia edən bir çox istifadəçi tərəfindən sosial mediada ziddiyyətli xəbərlər paylaşılıb. Məhəmməd Əli Saif xəbəri təkzib edərək deyib ki, saxlanılan bəzi yaraqlılar təhlükəsizlik işçilərinin silahlarını ələ keçirməyə cəhd edib.
İddia edilən yaraqlı Əfqanıstana təhlükəsiz keçid tələb edib və tələb yerinə yetirilmədiyi təqdirdə ağır nəticələrə gətirib çıxaracaqlarını deyib. Üzü görünməyən başqa bir yaraqlı səkkiz-on təhlükəsizlik işçisinin əsirlikdə olduğunu iddia edib. O, Pakistan hökumətindən onların hava yolu ilə Əfqanıstana getməsini təmin etməyi tələb edərək “biz 35 nəfər fədaini azadlığa çıxardıq. Biz həbsxananı sındırdıq və təhlükəsizlik işçiləri bizim girovumuzdur. Çıxışımız təhlükəsiz təmin olunarsa, onlar təhlükəsiz şəkildə sərbəst buraxılacaqlar” deyib.
24 saat keçməsinə baxmayaraq, girovların azad edilməsi üçün yaraqlılarla danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.
Bu, son bir ayda bölgədə polisə qarşı dördüncü hücum idi.
Bu arada, Təhlükəsizlik orqanları tərəfindən hazırlanan çox tənqidi hesabatda, bazar ertəsi əyalətin Terrorla Mübarizə İdarəsinin (CTD) terrorizmlə mübarizə qabiliyyətinin olmadığı bildirilib. Baş nazir Şahbaz Şərifə milli təhlükəsizlik üzrə baxış iclası zamanı təqdim edilən hesabatda bildirilib ki, kəskin kadr və resurslar çatışmazlığı səbəbindən CTD əyalətdə terror hücumunun qarşısını ala və ya dayandıra bilməyəcək.
Baş nazirə təqdim olunan hesabatda qeyd olunub ki, son bir ildə Xayber Paxtunxvada 704 (305 şəhid və 689 yaralı) terror aktı baş verib, 93 terrorçunun əksəriyyəti təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Hesabat Baş nazirə, partiyası Xayber Paxtunxvada ardıcıl iki müddətdir hakimiyyətdə olan PTI sədri İmran Xanın beynəlxalq media nümayəndələri ilə görüşündə ölkədə artan terror hadisələrindən narahatlığını ifadə etdiyi gün təqdim edilib.
Daxili işlər naziri Rana Sanaullah verdiyi açıqlamasında İmran xanı və PTI-nin rəhbərlik etdiyi əyalət hökumətini tənqid edərək deyib ki, İmranın səriştəsizliyi və korrupsiyasının əvəzini vilayət ödəyir, çünki onun Xayber Paxtunxvada son doqquz ildə göstərdiyi performans sıfırdır: “İmran Xan məclisləri dağıtmaqla, terrorçular isə Xeyber-Paxtunxvanın günahsız insanları öldürməklə məşğuldur”.
Bu arada BMT Baş katibi Antonio Quterreş Pakistanda artan terror aktları, o cümlədən Xayber Paxtunxva əyalətinin Lakki Marvat rayonunda polis bölməsinə edilən son hücumla bağlı “Taliban”dan Əfqanıstandan təhlükə yaradan terror fəaliyyətlərinə son qoymağı xahiş edib. O, Əfqanıstandan gələn terror fəaliyyətləri ilə bağlı narahatlıqlarını ifadə edib və terror fəaliyyətinin regionun digər ölkələrinə yayılmaması üçün “Taliban”la müzakirələr aparır.
Laçın SƏMLA
AzPolitika.info


Şərhlər