"Təhsil sahəsində məzun olub işə qəbul olma faizi 50 faizdən bir az yuxarıdır. Təbii ki, yeni məzun olan gəncin iş tapması bir qədər zaman alır".
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, ən böyük ehtiyaclardan biri tələbələrin təhsil aldığı müddətdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasıdır: "Hər bir universitetin özünəməxsus işəgötürənlərlə iş strategiyası olmalıdır. Böyük ehtimal daha çox insan əmək bazarına daxil olur".
E.Əmrullayev həmçinin bildirib ki, azad edilən ərazilərdəki yenidənqurma işləri yeni iş yerləri deməkdir: "Orada işləyəcək kadrların hazırlanması istiqamətində düşünməliyik. İndiki nəslin həyata baxışı əvvəlki nəsildən fərqlidir. Onlar başqa cür həyat tərzi axtarır".
O, ali təhsil müəssisələrinin akkreditasiya meyarlarında karyera mərkəzləri ilə bağlı məsələlərin mövcud olduğunu söyləyib.
Nazir eyni zamanda əmək bazarı ilə bağlı elmi tədqiqatlara ehtiyacın olduğunu vurğulayıb.


Şərhlər
Başlıq gözəl.Bəs nazir görəsən bunun nə demək olduğunu anlayırmı? Əgər anlamaqistəyirsə o zaman bunun üçün o nə etmək düşünür?Ona elə gəlmirmi ki, bu qədər universitetlərin qəbul planlarında və ixtisaslarda , ali təhsilin tədrisində konkret əyişiklik etmək.ölkəyə lazımi sayda və keyfiyyətdə kadr hazırlamaq vacibdir.Yoxsa fiktiv diplomlala milləti işsiz qoymaq xalqa qarşı ,gəncliyə qarşı cinayətdr