Menu

NAXÇIVANDA TALIBOV ERASI RƏSMƏN BİTDİ! - İstefa verdiyi açıqlandı + FOTOLAR (Yeniləndi)

21.12.2022, 19:19
NAXÇIVANDA TALIBOV ERASI RƏSMƏN BİTDİ! - İstefa verdiyi açıqlandı + FOTOLAR (Yeniləndi)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NUHÇIXAN" İnformasiya Agentliyinə verilən məlumata görə, bu gün keçirilən Ali Məclisin altıncı çağırış səkkizinci sessiyasında Vasif Talıbovun müraciətinə baxılıb. 

Ali Məclis Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Qərar səsə qoyularaq qəbul olunub.

İclasda V. Talıbovun özü iştirak etməsə də, deputat oğlu Seymur Talıbov orada olub.

İclasdan çəkilən fotodan o da məlum olur ki, Talıbovun istefası rəsmiləşdirilən sessiyada Ali Məclisin 44 üzvündən 38-i iştirak edib.  



***

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, gözlənildiyi kimi, bu gün istefa verdiyini açıqlayıb.

O, 8 gün Bakıda səfərdə olduqdan sonra dünən günün ikinci yarısında Naxçıvana qayıtmışdı. 

V.Talıbovun Ali Məclisin bu gün keçirilən qapalı iclasında istefa verdiyi bildirilsə də, "AzPolitika.info" dəqiqləşdirib ki, o, özü  iclasda iştirak etməyib .Talıbov deputatların qarşısına çıxmadan istefa qərarı açıqlanıb.

Maraqlıdır ki, V.Talıbov hal-hazırda da Ali Məclisin binasında, iş kabinetindədir.   

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

***

Dünən günün ikinci yarısında səkkiz günlük Bakı səfərindən sonra Naxçıvana qayıdan Vasif Talıbovun bu saatlarda MR Ali Məclisinin qapalı iclasını keçirdiyi bildirilir.

“AzPolitika.info”-ya Naxçıvandakı çoxsaylı mənbələrdən daxil olan məlumatda Ali Məclisin qapalı iclasında ciddi qərarların qəbul olunacağının gözlənildiyi qeyd olunur.

İstisna olunmur ki, Vasif Talıbov “səhhəti ilə əlaqədar” istefasını elan edəcək.

Əlavə məlumat veriləcək.

“AzPolitika”

Şərhlər

Telman 2022-12-22 18:12:35

30 ilin xalgdan taladigi milyardlari Kim gaytaracaq Bes? Niye basdirasiz iceri bu Turk dusmani kurdu?

qaraguruh 2022-12-22 00:34:47

BÜTÜN Dünyaya car çəkin--qoy hamı eşitsin və agah olsun ki, bir olan ALLAHIN köməyi iləcəhənnəm zəbanisi, kəlbəli xanın nəslindən olan Naxçıvan hökmdarına qalib gəlmişik--(ya əmir-ya əmir) hə qoca bes necə car çəkib deyək ki, 27 illik zülmündən sonra çarıqlı bir çobana--dünənki karvançıya qalib gəlmişik ??

Rasim Quliyev 2022-12-21 21:12:48

Bizim olkede atana,ogruyana ferasetli deyirler .....

Millət 2022-12-21 15:10:34

BƏS 100 MİLYARDIN TALEHİ NECƏ OLACAQ. 100 MİLYARD QAYTARILSA XALQA YƏQİN Kİ BİR 10 İL UŞAQ PULU VERMƏK OLAR. YETİM-YESİRİ KASIBLARI SEVİNDİRMƏK OLAR. İndi gör tək Vasif 100 milyarddan çox atıbsa bu millətə onda gör bu komanda ümumilikdə neçə TRİLYON atıblar. Atırlar yəqin ki deyirlər bu millət atılası millətdir,gəlin daha çox ataq,yarışa giriblər namərdlər. Kim öz millətinə qarşı belə namərd olar? Kim? Deyin ay millət!

Mubariz 2022-12-21 14:48:14

Nə dəyişəcək ? Talıbov getdi Zalımov gələcək , bəs deyirdiz tutacaqlar ?

Oxucu 2022-12-21 13:45:11

Böyük oğru-talançılar bütün dövrlərdə qəh rəman adlanıb və Böyük əksəriyyət bu adamlara özündən daha fərasətli, halaldı, həsəd, heyranlıqla baxıb.. tənqid edənlər də adi aciz məxluqat olub yəni bizlər. Halallıq bizə qalıb.

miri 2022-12-21 13:43:38

Düzgün etdi. Nə qədər pis olmasına baxmayaraq gələn il bu vaxtdan sonra səmimi şəkildə ölənlərinə rəhmət oxunacaq.

İsmayıl 2022-12-21 13:32:26

...Allah böyükdür

Camaat 2022-12-21 12:33:20

xıxı 1 Allah sənin bəlanı versin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol