“İlk növbədə Naxçıvan sakinlərini xilas günü münasibətilə təbrik edirəm. Cənab Prezidentə göstərdiyi prinsipial mövqeyə görə təşəkkür edirəm. DTX-nın rəhbərliyinə cinayətlərin, xəyanətlərin miqyasını açıb ortaya qoyduğu üçün minnətdaram”.
Bunları “AzPolitika.info”-ya açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Naxçıvan MR Ali Məclsinin sədri Vasif Talıbovun istefasına münsasibət bildirərəkən deyib. “Bundan sonra Naxçıvan rahat nəfəs alacaq, inkişaf edəcək. Naxçıvanlılar tədricən ata yurdlarına dönəcək. Naxçıvanda qanunçuluğun bərpa olunması hər bir vətəndaşın arzusu idi. Əhali inhisarçılıqdan, bir nəfərin ağlasığmaz, düşüncəsiz qərarlarından xilas olub, dövlətçiliyimiz üçün böyük təhlükələrin qarşısı alınıb”, - partiya sədri əlavə edib.
Qüdrət Həsənquliyev hesab edir ki, V.Talıbovun istefası ilə dövlətin unitarlığı bərpa olunub. “Bundan sonra Konstitusiya islahatları olacaq, hakimiyyət bölgüsü təmin olunacaq. Hesab edirəm ki, etimaddan sui-istifadə edən, özünü toxunulmaz sayan digər yüksək vəzifəli şəxslər də bundan nəticə çıxarmalıdırlar. Onlar xalqı incitməməli, talançılıqla məşğul olmamalı, sadə insanları dövlətdən narazı salmamalıdırlar”, - millət vəkili vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Когда игра закончиваетя король и пешка падает в одну и ту же коробку--поэтому не делай зла --вернется бумерангом
Adam elə danışır ki sanki bir Talıbovla tilsim sındı, hər şey bitdi. Naxçıvanda hələ yüzlərlə istefalar və minlərlə həbslər həyata keçirilməlidir ki bölgəyə həyat qayıtsın. GÖRÜLƏN İŞLƏR ÇOX AZDIR. VƏ İSTEFANIN XANIN SƏHHƏTİ İLƏ ƏLAQƏLƏNDİRİLMƏSİ GÜLÜCDÜR. XALQIN VƏ XÜSUSİLƏ DƏ DİDƏRGİN DÜŞMÜŞ NAXÇIVANLILARIN ÜRƏYİNDƏN TİKAN ÇIXARMAQ LAZIM İDİ.
Deputat maraqlı bir cümle işledib:Naxçıvanda qanunçuluğun berpa olunması her bir vetendaşın arzusu idi.”Qanunçuluğun berpasına.nizama salınmasına mane olan muxtar respublika rehberi ve onun memur dedtesi mane olurdu.Mentilqle filosoflar düz deyib:” Qanun hakim sinifin iradesinin müdafieçisidşr”
Bəs istefadan qabaq niyə yazmırdın bunu ay Qüdrət bəy hünərin çatmırdı?
Cənab Qüdrət müəllim,bu vaxta qədər bircə dəfə də olsun bu adamın əməlləri haqqında bir söz demisənmi?Eləcə də başqaları.Deyənlər həmişə yolda-irizdə,evdə-eşikdə olan sıravi insanlar olub.Heç eşitməmisənmi onun hərəkətləri barədə bu vaxta qədər?Eşidib niyə susmusan?"Özünü toxunulmaz sayan yüksək vəzifəli şəxslər" deyəndə kimləri nəzərdə tutursan?Dediyin o vəzifələri ana südü kimi halal bildiyin adamlardırmı onlar da bunun kimi?Dövlətin vəzifələri əhalinin bəlli bir qisminə ana südü kimi halal hesab edildiyi zaman görürsənmi nələr olur?Vəzifələr elmli,bilikli,savadlı,təcrübəli adamlara halal olmalıdır kimliyindən,regionundan və kimlərin qohumu olub olmamasından asılı olmayaraq.
Təhlükənin tam sovuşduğunu demək olmaz.27 ildir ki,İran,ermənistan və Rusiya ilə gizli danışıqlar aparan Vasif Talıbovun "əli-ayağı" hələ dayanmayıb.