Menu

11 ayda narkotiklə bağlı 10281 cinayət qeydə alınıb

22.12.2022, 12:38
11 ayda narkotiklə bağlı 10281 cinayət qeydə alınıb

2022-ci ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10281 cinayət faktı aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, onlardan 3367-si narkotik vasitələrin qanunsuz satışı, 6425-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 394-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Şərhlər

Sual 2022-12-22 12:53:06

Bəs bu qeydə alınan cinayətlərin son talei?Həmin adamlar məhkəməyə verilib cəzalandırıldılar?Çünki televizorlarda göstərilən tutulmuş cinayətkarların iki-üç gündən sonra yenə həmin işlə məşğul olduqlarını gördük. Bu necə olur? Buna aydınlıq gətirə bilərmisiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol