Menu

"Ukraynaya "Patriot" verilməsi ABŞ-ın müharibəyə birbaşa qoşulması kimi qiymətləndirilə bilər" - Rusiya FŞ

22.12.2022, 13:06
"Ukraynaya "Patriot" verilməsi ABŞ-ın müharibəyə birbaşa qoşulması kimi qiymətləndirilə bilər" - Rusiya FŞ

“ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri verərsə, bu, Vaşinqtonun müharibədə birbaşa iştirakı kimi qiymətləndirilə bilər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev teleqramda yazıb.

O bildirib ki, Ukraynaya “Patriot”lar verilərsə, Rusiyanın bunu ABŞ-ın müharibədə birbaşa iştirakına doğru addım atması kimi qəbul etməyə tam haqqı var.

Qeyd edək ki, dekabrın 21-də Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında görüş olub. Görüşdə “Patriot”ların Ukraynaya tədarükü məsələsi də müzakirə edilib.

Şərhlər

t.ədalət 2022-12-22 20:28:54

ABŞ müharibəyə ilk gündən dəstək verir.Rus vəhşiliyinə son qoymaq üçün dünyanın bir-çox ölkəsi çaba göstərir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol