VASİF TALIBOVUN və OĞLUNUN SƏHHƏTİ PİSLƏŞİB? – “Evinə həkimlər göndərilib...”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası ölkədə gündəmin əsas mövzusu olaraq qalır. Naxçıvanda yüksək rütbəli məmurların həbsi Ali Məclis sədrinin getməsini zəruri etsə də, bunun belə tezliklə baş verəcəyi az ehtimal olunurdu.

Xatırladaq ki, Naxçıvan Ali Məclisinin mətbuat xidməti Vasif Talıbovun istefasının səbəbinin onun səhhətində yaranmış problemlə əlaqədar olduğunu bildirib.

Bu məlumat ictimaiyyət tərəfindən inandırıcı qəbul olunmasa da, Vasif Talıbovun uzun müddətsir şəkərli diabetdən əziyyət çəkdiyi məlumdur. Amma məlumatlara görə, onda şəkərin miqdarı yüksək olmaylb. O, qida rejiminə əməl etməklə uzun illər ərzində eyni çəkidə qalmağı bacarıb.

Dünən istefa verdikdən sonra isə Vasif Talıbovun və onun oğlu Seymur Talıbovun səhhətinin gecə saatlarında qəfil pisləşdiyi iddia edilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” kanalı Naxçıvan Diaqnostika Mərkəzindəki mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, mərkəzdən Talıbovun evinə həkimlər göndərilib. Bundan bir neçə saat sonra, səhərə yaxın isə onun oğlu Seymurun vəziyyətinin də pisləşdiyi bildirilir.

“Həkimlərin müayinəsindən sonra Seymur Talıbovun kiçik infarkt keçirdiyi müəyyən olunub” - deyə, məlumatda vurğulanır.

Ancaq rəsmi mənbələr tərəfindən bu məlumatlar təsdiqlənməyib.

“AzPolitika.info”

635x100

Şərhlər

Kamil 2022-12-22 18:13:17

Vasif Talibov danismalidir

dadaşyev 2022-12-22 18:02:45

Azərbaycanda vəzifədən götürülənlərin hamısı qəfildən əcaib xəstəliklərə tutulur və məlum olur ki,xəstəliyin burda müalicəsi mümkün deyil,ancaq Avropanın və ya ABŞ-ın filan xəstəxanalarında müalicə edilməlidirlər.Elə isə bunlar da göndəriləcəklər xaricə,guya müalicəyə,ordan da geri qayıdanın ağlı olmaz bunca xəzinə talanlarının üstü açıldıqdan sonra.Yəni bunlara da bir quş.Yedilər içdilər yığdılar taladılar,təyyarəyə minib rahatca gedəcəklər Azərbaycandan.Nyu-York,London,Madrid,Rio-de Janeyro ətrafında villadan-filandan alıb marketdən-filandan açıb yaşayacaqlar arın-arxayın.Biz külbaş kasıblar isə sürünməkdə davam edəcəyik neft və milyardlar ölkəsində.Ayda 300 manat maaşa yarıac yaşaya-yaşaya.Səngərlərdə,postlarda şaxtadan dona-dona.Vətəni qorumaq axı kasıb-kusubun işidir.

Muhuma 2022-12-22 17:11:11

Artislik edirler. Lenet olsun sizin kimilere.....

Qoca 2022-12-22 15:53:44

Artistlik edirlər. Haram puldan o qədər yeyiblər ki hərəsinin 150 kilo piy qatı var.

Camaat 2022-12-22 14:01:33

Bunlarin bircə xəstəliyi var kreslo,vəzifə xəstəliyi.Dəhşətlisi odurki hər seyi birdən-birə heç nədən zəhmətsiz əldə ediblər.Qohumbazlıq,yerlibazlıq,tayfabazlıq kimi iyrənc üsullarla asan yollarla səlahiyyət qazanalar ölümə məhkumdurlar. Nəhlət olsun sizin kimilərə...

Son yazılar