Menu

Dövlət qulluqçularına aylıq əlavə haqqın müəyyənləşdirilməsi qaydası dəyişib

22.12.2022, 14:20
Dövlət qulluqçularına aylıq əlavə haqqın müəyyənləşdirilməsi qaydası dəyişib

Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanma qaydası dəyişir.

Prezident İlham Əliyevin imzaladı fərmanla “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti də nəzərə alınacaq.

Eyni zamanda fərmana əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl dövlət qulluğu vəzifəsində qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət də dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınacaq. İndiyə qədər dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən sadəcə ödənişli məzuniyyət dövrləri nəzərə alınırdı.

Şərhlər

miri 2022-12-22 14:36:58

Dövlət qulluğu adalanan iş ilə məşgul olanlar hamımızın övladlarını (eləcə də onların) oxudub-tərbiyyə edənlərdən, hamımızın saglamlıq keşiyində duranlardan (eləcə də onların) .... nə üstünlüyü var? Bir fikirləşin, müəllim adını mənimsəyənlər. Bu qədər olmaz axı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol