HARSIN HARSINA BƏNZƏR

Mirzə AĞ

Rusiya KİV-nin yaydığı məlumata görə, bu ölkənin müharibəpərəst prezidenti (arzuolunan-potensial çarı) Vladimir Putin Kremlin top-təbliğatçılarından olan erməni mənşəli Marqarita Simonyanı («Rusiya Today» mətbuat orqanının baş redaktoru məşhur Marquşanı) «Şərəf ordeni» ilə təltif edib.

Biz də KİV təmsilçisi olaraq, Rusiyada çalışan «zəhmətkeş» həmkarımızı təbrik etmək qərarına gəldik və yaddaşımızı vərəqləyərkən, dahi Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin («Molla Nəsrəddin» jurnalının yaradıcısı, rəhmətlik Mirzə Cəlil) «MARQO» adlı hekayəsini xatırlamalı olduq. İndi fürsətdən istifadə edib də hekayənin tarixçəsi barədə əldə olan «solğun» məlumatı hörmətli oxucularla bölüşmək istəyirik - müxtəsər təfərrüatı belədir…

«Hadisə» məşhur jurnalın redaksiyasında cərəyan edir… Günlərin birində «Molla Nəsrəddin» jurnalının redaksiyasına bir qoca erməni gəlir və Mirzə Cəlillə görüşmək istədiyini bildirir. Onu Mirzənin otağına ötürürlər…

Erməni Mizəyə çox kasıb bir külfət sahibi olduğundan, çətin dolanışığından şikayətlənib, kömək istəyir: 

«Mirzə-can, eşitmişəm ki, sən çox humanist bir ziyalı zatsan. Mənim isə bir çətən külfətim var və onları dolandırmaqda çox əziyyət çəkirəm. Amma böyük qızım MARQO bu il gimnaziyanı bitirib, yazı-pozu öyrənib. Ona jurnalda bir iş versəydin, ailəni dolandırmaqda bir qədər nəfəs alardım…»

Mirzə Cəlil deyir:

«Yaxşı, sabah qızını gətir, baxıb görək ki, nəyi bacarır…»

Səhəri gün erməni Marqonu gətirir - Mirzə görür ki, qız qəşəng totuq-motuq harsındır və yazı-pozudan da baş çıxardır. Onu işə götürmək razılığı verir… beləliklə, «nağıl dili yüyrək olar» məntiqi ilə MARQO bir müddət redaksiyada Mirzənin qulluğunda olur…

Günlərin birində, ata-erməni Mirzəni MARQO-nun toyuna dəvət edir:

«Mirzə-can, başıyın dəstəsi ilə sizi toya dəvət edirəm, hörmətli qonağımız olacaqsınız…»

Gün yetişir, qonaqlar gəlirlər… yeyib-içmək dizə çıxır (erməni çaxırı, donuz kababı və s.). Bir də baxıb görürlər ki, gecə keçir və Mirzə erməni ilə vidalaşıb, evə getməyə hazırlaşır, amma erməni-ata razı olmur:

«Mirzə-can, hələ maraqlı anlar qabaqdadır, sizi buraxmaram, qalın - kef eləyin…»

Gecənin bir yarısı qəflətən partapart düşür - toy iştirakçıları (ermənilər) havanı gülləboran etməyə başlayrlar. Güllə səsindən diksinən qonaqlar tələsik qalxıb aradan çıxmaq istəyirlər. Erməni-ata gülümsəyib deyir:

«Mirzə-can, narahat olmayın, qorxulu bir şey yoxdur, gülləni də ona görə atırlar ki, MARQO QIZ ÇIXIB…»

Bunu eşidən Mizə Cəlil gülməkdən uğunub gedir. Ətrafdakılar onu sakitləşdirməyə çalışırlar:

«Ay Mirzə, sənə nə oldu belə, əşi bir toxta görək…» 

Mirzə qayıdır: 

«Əşi, eşitmədiniz, demədilər ki, MARQO QIZ ÇIXIB?»

«Hə, nə olsun, burda nə var ki?»

Yenə Mirzə Cəlili gülmək tutur: 

«Bəs, yaxşı, neçə illərdir ki, mən nə iş görürmüşəm?»

«Rəvayət»ə görə, məqamında Mirzənin seçilmiş əsərləri çapdan çıxan zaman ermənilər bu hekayənin topluya daxil edilməsinə qarşı çıxıblar ki, o, «hay»ları təhqir edir…

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!

635x100

Şərhlər

Elmira 2022-12-23 09:16:29

Mirzə bəy, çox sağ olun! Mirzə Cəlilə də Allah qəni-qəni rəhmət eləsin! Nə maraqlı və lazımlı hekayədir!

Son yazılar