Menu

Türkiyə bu il turizmdən 46 milyard dollar gəlir əldə edəcək

23.12.2022, 10:22
Türkiyə bu il turizmdən 46 milyard dollar gəlir əldə edəcək

Türkiyə 2022-ci ilin yekununda turizmdən 46 milyard ABŞ dolları gəlir əldə etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycanla Türkiyə arasında turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında, qonşu ölkənin mədəniyyət və turizm nazirinin müavini, Komissiyanın həmsədri Nadir Alpaslan bildirib.

"Koronavirus (COVID-19) pandemiyası həm Türkiyədə, həm də dünyada turizmlə bağlı çətinliklər yaratmış, dünyada turizmi 80 % daraltmışdı. Türkiyə sektorun bərpası üçün bir sıra işlər görüb. Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək, qarşılıqlı turist axınını artırmaq niyyətindəyik", - turizm rəsmisi əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol