Menu

Müdafiə naziri bu il Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirdiyi hərbi təlimlərin sayını açıqlayıb

23.12.2022, 11:59
Müdafiə naziri bu il Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirdiyi hərbi təlimlərin sayını açıqlayıb

Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə iyirmiyədək hərbi təlimi keçirilib.

Bu barədə "Report"un Ankara bürosuna eksklüziv açıqlamasında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov məlumat verib.

Nazir qeyd edib ki, hər il il sayı çoxalmaqla Azərbaycan və Türkiyə Silhalı Qüvvələrinin birgə tədbirləri həyata keçirilir:

“Xüsusi qeyd etmək istəyirəm ki, 2022-ci ildə bizim 20-dək Türkiyə Silahlı Qüvvələrilə birgə təlimlərimiz keçirilib. Son təlimimiz də “Qardaş yumruğu” idi. Bu təlimdə də Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığı və döyüş qabiliyyətinin bir daha yüksək səviyyədə olduğu nümayiş etdirildi".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol