Bu gün Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb. Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Vəkil Aqil Layıc bildirib ki, hakim şikayəti təmin etməyib. Prosesdə Bəxtiyar Hacıyevin özü də iştirak edib.
Məhkəmə şikayəti əsassız hesab edərək təmin etməyib.
Vəkil deyib ki, qətimkan tədbirləri ilə bağlı apellyasiya məhkəməsi sonuncu instansiyadır. Ona görə bundan sonra B. Hacıyevin girov müqabilində azadlığa buraxılması üçün hüquqi addım atacaqlar.
Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
“AzPolitika.info”


Şərhlər