Menu

Bu gün Bakı-Quba yolunun bir hissəsinin açılışı olub

23.12.2022, 15:49
Bu gün Bakı-Quba yolunun bir hissəsinin açılışı olub

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli APA-ya deyib ki, yol Prezident İlham Əliyevin tapşırığına əsasən, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində açılıb.

Açılış mərasimində AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov, Quba və Şabran rayonlarının icra hakimiyyəti başçıları iştirak edib.

Bildirilib ki, Qubadan Bakı istiqamətində yenidən qurulan 67 kilometrlik yolun son 3 kilometrində işlər 2023-cü ilin yanvar ayında tam başa çatdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol