Menu

ABŞ-ın vitse-prezidenti Harrisin iqamətgahına qanunsuz miqrantlar göndərilib

25.12.2022, 18:35
ABŞ-ın vitse-prezidenti Harrisin iqamətgahına qanunsuz miqrantlar göndərilib

Birləşmiş Ştatlarda kəskinləşən miqrasiya böhranı sözün əsl mənasında vitse-prezident Kamala Harrisin qapısını “döydü”. APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, qeyri-qanuni mühacirlərin olduğu iki avtobus birbaşa onun Vaşinqtondakı iqamətgahına gətirilib.

Könüllülər gəlib hamıya isti yorğan paylayana qədər insanlar yüngül geyimdə soyuqdan titrəyirlərmiş. Bu aksiyanın arxasında kimin dayandığı məlum deyil.

CNN-nin xəbərinə görə, qaçqınları Harrisin evinə Texas qubernatoru tərəfindən şəxsən göndərilib Beləliklə, o, Ağ Evin səylə göz yumduğu problemə diqqət çəkmək istəyib.

Qeyd edək ki, Vitse-prezident daha əvvəl ABŞ sərhədinin “təhlükəsiz” olduğunu demişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol